Dovletxeberleri.Az
» » “Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR

14-08-2019, 20:56“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR

“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR
"Məhkəmə qərarına əsasən psixiatr İldiko Kovaç və psixoloq Yanoş Xorvat 1335/2005 saylı ikinci ekspertiza rəyi verdilər. Ekspertlər bu rəyə əsasən Ramil Səfərovda post travmatik stress (possttraumas stress) olması diaqnozu qoydular. Ekspertlər Səfərovla onun istəyinə əsasən türk dilindən tərcüməçi vasitəsi ilə ünsiyyətdə oldular. Rəydə göstərilirdi ki, Səfərov əməli törədərkən, şəraiti öz düşüncəsinə uyğun qiymətləndirdiyindən öz hərəkətlərinin nəticələrini tam dərk edə bilməyib".
DovletXeberleri.az xəbər verir ki, bunu Macarıstanda həbsdə olarkən Ramil Səfərovun hüquqlarını müdafiə edən vəkil Adil İsmayılov növbəti yazısında qeyd edib.
Vəkil daha sonra yazır:
Ekspertlər onun öz hərəkətlərini orta dərəcəli məhdudiyyətlə dərk etməsi nəticəsinə gəliblər. Bir qədər aydın olması üçün qeyd edim ki, Macarıstanın Cinayət Məcəlləsində bizim Cinayət Məcəlləsinin (CM) 22.1.-ci maddəsində olduğu kimi “anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs “ anlayışı olmaqla anoloji maddə də var. Bizim CM-in 22.2-ci maddəsində göstərilir ki, anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır. Macarıstan CM-də isə bu daha konkretdir və orda maddənin sanksiyası daxilində yüngül cəzadan söhbət gedir.

Bu isə o demək idi ki, hakim istəsə də, Ramil Səfərova ömürlük həbs cəzası verə bilməyəcəkdi, görünür bu hakimi qane etmirdi. Beləliklə, birinci və ikinci ekspertiza rəyləri arasında ziddiyyət yarandı . Hakim əvvəlcə ikinci ekspertizanın rəyini birinci rəyi vermiş ekspertlərə göndərdi. Onlar təbii ki, öz rəylərində qaldılar. Bundan sonra hər iki rəyi verən ekspertlər məhkəməyə dəvət edilib dindirildilər. Bu da yekdil nəticəyə gəlməyə imkan vermədi. Məhkəmənin hökmündə bir məqam diqqətimi xüsusi cəlb etdi. Hakim yazırdı: təqsirləndirilən şəxsin orduya “erməniləri öldürmək” məqsədilə getməsi barədə istintaqda verdiyi etiraf ifadəsinə zidd olaraq ikinci ekspertiza zamanı bunu “öz vətənini müdafiə etmək “ məqsədilə etməsi barədə dediklərinə ikinci ekspert tənqidi yanaşmayıb və bunu əsas götürüb. İkinci ekspert özünə əziyyət verib təqsirləndirilən şəxsdən nə üçün ona danışdıqları simptomlar barəsində ilkin ifadələrində göstərməməsinin, hətta bir sıra məqamlarda suallara birinci ekspertlərə verdiyi cavablara zidd cavablar verməsinin səbəblərini öyrənməyə çalışmayıb”. Hakimin qərəzli mövqeyi onun dindirmə zamanı ikinci ekspertə qarşı açıq-aşkar aqressiv davranışından da görünürdü.
Dindirmədən sonra hakim üçüncü eksperiza təyin edilməsi barədə qərar verdi. Ekspertizanın keçirilməsi SOTE (Semelveys adına tibb univerditeti) ekspertləri psixiatr Margit Rabşteyn və psixoloq Margit Şooşa həvalə edildi. Bu ekspertlər faktiki olaraq ikinci ekspertizanın rəyini təsdiq etdilər. Əvvəlki ekspertiza rəyləri arasındakı ziddiyyəti isə tərcümənin yaratdığı və birinci ekspertizanın hadisədən dərhal sonra keçirildiyi üçün təqsirləndirilən şəxsin emosional gərginliyi ilə izah etdilər. Üçüncü ekspertizanın rəyinə əsasən təqsirləndirilən şəxs hadisə baş verərkən psixikasında olan pozuntular nəticəsində etdiyi hərəkətlərin xarakterini və nəticəsini yüksək dərəcədə məhdudiyyətlə dərk etmişdir. Hadisənin və onun nəticələrinin orta deyil yüksək dərəcədə məhdudiyyətlə dərk edilməsi ikinci və üçüncü rəylər arasındaki yeganə fərq idi desək yanılmarıq. Təbii ki, bu rəy hakimi ümumiyyətlə qane etmədi və o, dördüncü ekspertiza keçirilməsi barədə qərar verdi...
Davamı olacaq.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır