Dovletxeberleri.Az
» » Yol polisi nasaz avtomobillərə qarşı sərt tədbirlərə başladı.

10-08-2019, 17:20Yol polisi nasaz avtomobillərə qarşı sərt tədbirlərə başladı.

Yol polisi nasaz avtomobillərə qarşı sərt tədbirlərə başladı.
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji nəzarət” bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində daha bir reyd keçiriblər. DovletXeberleri.az xəbər verir ki, “Ekologiya postu”nda baş tutan reyd zamanı texniki cəhətdən nasaz olan, eləcə də normadan artıq zəhərli qaz ixrac edən nəqliyyat vasitələri aşkar edilib. Hətta “QAZ-24” və “QAZ-31” iki avtomobil saxlanıldıqda onların əyləc və sükan idarəetmə mexanizmininin nasaz olduğu üzə çıxıb. Sürücülər etiraz etməyə çalışsalar da, hər iki nəqliyyat vasitəsi müayinə edilib. Onların ikisinin də ixrac edtiyi zəhərli qazların miqdarı normadan 2-3 dəfə artıq olub.
Avtomobillərə baxış zamanı məlum olub ki, işıq cihazları da normal işləmir. Avtomobillərdə təhlükəsizlik elemenləri demək olar ki, yox vəziyyətindədir.
Baş DYPİ-nin Ekoloji nəzarət” bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Avtosfer.az-a bildirib ki, son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir:

“Bəzən elə olur ki, bir ay ərzində eyni avtomobili 2 dəfə saxlayıb sürücü barəsində tədbir görürük. Lakin sürücü hər dəfə nasazlığı aradan qaldıracağına söz versə də, əməl etmir. Biz onlara izah edirik ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur. Təəssüflər olsun ki, bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir. Bir daha onların diqqətinə çatdırmaq istəyirəm ki, zəhərli qazların miqdarı çox olduqda orqnizmdə ciddi fəsadlar yarana bilər. Sürücü sükan arxasında həmin qazları özü qəbul edir, eyni zamanda, ətrafdakı insanlara da ziyan vurur. Biz bunun qarşısını almağa çalışırıq. Ətraf mühiti qorumaq hər birimizin borcudur”.

Fuad Mayılov onu da bildirib ki, zəhərli qazların miqdarının ölçülməsi üçün saxlanılan avtomobillərin əksəriyyətinin istismar müddəti 20 ilə yaxındır. Onların bəzilərində daha ciddi nöqsanlar da aşkarlanır:

“Belə avtomobillərin sükanında problemlər olur, əyləc sistemi normala uyğun olmur. Baxırsan ki, avtomobildə təhlükəsizliyə aid heç nə qalmayıb. Amma sürücülər belə maşınlarla yola çıxıb özlərini də, başqa hərəkət iştırakçılarını da təhlükəyə atırlar. Biz belə maşınları aşkar etdikdə qanunvericiliyin tələblərini üstün tutaraq texniki nasazlıq aradan qaldırılana qədər həmin avtomobilləri istismara buraxmırıq”.

Qeyd edək ki, “Təmiz hava” aylığı avqust ayı boyunca davam edəcək. Bu günə qədər “Ekologiya postu”nda 600-dən çox sürücüyə cərimə yazılıb, yüzlərlə sürücüyə isə xəbərdarlıq olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır