Dovletxeberleri.Az
» » “Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları

23-07-2019, 09:09“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları

“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları
Hər bir müharibənin qələbəyə gedən yolunda mütləq bir dönüş nöqtəsi olur. Yəqin ki, çoxunuz İkinci Dünya Müharibəsində Kursk uğrunda döyüşləri xatırlayırsınız. Bu, almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücum idi. Məhz bu döyüşdə almanlar qələbə təşəbbüsünü Sovetlərə verdi və müharibənin sonuna qədər də yenidən üstünlüyə nail ola bilmədilər.

Əsası 1988-ci ildən “qoyulmuş” I Qarabağ müharibəsində də ordumuzun qələbələrə nail olduğuna şahidlik etdik. Amma bəzi qüvvələrin xəyanəti, bəzi qrupların satqınlığı sayəsində o qələbələri də əldən vermək məcburiyyətində qaldıq. Və düz 2016-cı ilin aprel ayının əvvəllərinə qədər o ruh düşkünlüyünün, məğlubiyyət acısının təsirini bir xalq olaraq canımızdan çıxara bilmirdik. Həmin ilin aprelində baş verən dördgünlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü, gücünü, qüdrətini dərk edən xalqımız böyük bir sarsıntıdan qurtuldu. Ən əsası isə xalqımızın Qələbə arzusu cücərdi, çiçək açdı, yeni döyüşlərə həvəsləndilər. Daha bir mühüm məqamı da qeyd etməsək, günah olar. Bəli, apreli möhtəşəm edən igidlərimizi tanıdıq! Deməli, o döyüşlərdə iştirak edən, etməyən Azərbaycan ordusunun hər bir əsgəri, hər bir zabiti sübut elədi ki, torpaqlarımız yiyəsiz-sahibsiz deyil! Baxmayaraq ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb, atəş səsi kəsilib, amma əbədi yurdlarımızın azad olunması üçün özünü gözüyumulu oda atanların sayı azalmayıb, əksinə artıb. Nəticə isə belədi: Azərbaycan xalqı yeni bir müharibənin astanasındadır, hazırdır və bir gün-hər an, hər dəqiqə döyüş başlaya bilər.


Özünü oda-alova atmağa hazır dayanmış eloğullarmızdan biri də polkovnik –leytenant Mübariz Şirinovdu.

Müharibə uşağı...

Mübariz 1 may 1975 - ci ildə Ağdam rayon Göytəpə kəndində anadan olub. Doğulduğu kənddə 1982-ci ildə birinci sinfə gedib, 1992-ci ildə isə oranı əla qiymətlərlə bitirib. Bu, o günlərə təsadüf edir ki, Qarabağ uğrunda qanlı döyüşlər gedirdi. Xarici-ermənipərəst qüvvələrin yardımı ilə Ermənistan Silahlı Qüvvələri azərbaycanlılardan ibarət dinc əhalini amansızcasına qətlə yetirir, yurdumuzu xarabazara çevirir ,var-dövlətini yağmalayır və qarış-qarış işğal edirdi. Yeniyetmə Mübariz qohum-qonşulara gələn şəhid tabutlarının, bombardmana düşən günahsız həmkəndlilərinin, uşaqların, qadınların, qocaların parçalanmış cəsədlərinin, kəndlərinin tüstüsü ərşə qalxan alovlarının şahidi oldu. Həmin yeniyetmənin qəlbində düşmənə qarşı nifrət də o alovlar kimi ərşə qalxdı. Və elə o vaxtdan ömrünün ən məyus illərinə-köçkünlüyə qədəm qoydu. Hər zaman doyunca yaşaya bilmədiyi uşağlığının, yeniyetməliyinin xiffətini çəkdi. Həm də camaatını bu zülümdən çıxarmağın yollarını düşündü. Bəli, bu vətəni ancaq peşəkar zabitlər, vətənə sadiq əsgərlər qurtara bilərdi.
Odur ki, 1993- cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə qəbul olundu. Hərbi məktəbi vaxtından əvvəl bitirərək MN-nin sərəncamı ilə 1995-ci ilin yayında leytenant hərbi rütbəsində Fizuli istiqamətinə - N saylı hərbi hissəyə (Haramı düzünə) göndərildi. 1995-2002-ci illərdə həmin hərbi hissədə taqım və bölük komandiri, tabor konandirinin MTT üzrə müavini, taborun qərargah rəisi və tabor komandiri vəzifələrində xidmətini davam etdirdi. Sonradan, 2002-2007-ci illərdə Gədəbəy, Daşkəsən, Qazax bölgələrində vətənini qoruyub. 2007-ci ildə uzun müddət döyüş bölgəsində xidmət etdiyinə görə, onu Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə göndərdilər. Bir il yarım Bakıda xidmət keçdikdən sonra Mübariz səngərsiz dayana bilmədi. Dəfələrlə müraciət etdikdən, raport yazdıqdan sonra onu Ağdam istiqamətindəki N saylı hərbi hissəyə göndərdilər.

6 il həmin hərbi hissənin əməliyyat bölmə rəisinin müavini və əməliyyat bölmə rəisi vəzifəsində xidmət etdi. 2015 –ci ildə ehtiyata buraxıldı. 2016 -cı ildən indiyədək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Motoatıcı ixtisaslar sisliləsində müəllim işləyir. Qazandığı hərbi taktika və bilikləri gənc əgərlərimizə öyrədir. Polkovnik –leytenant Mübariz Şirinovla söhbətimizdə o bildirdi ki, Müharibə hələ bitməyib:

”Hələ yurdumuz işğaldadı, hələ itirdiklərimizin qisasını tam ala bilməmişik, hələ Ağdamın mərkəzinə qələbə bayrağı sancmamışıq! Ona görə də, əminəm ki , ordumuz yeni bir aprel döyüşünə başlayacaq! Nə qədər ki, əlim silah tutur, bir zabit olaraq o haqq döyüşünü andım kimi həyata kecirəcəyəm! Bu dəfə neçə günlük olmasının önəmi qalmayacaq. Bu dəfə Ağdama, Cəbrayıla, Zəngilana, Lacına, Kəlbəcərə, Xankəndinə, Şuşaya bir sözlə, erməni tapdağına olan hər bir guşəmizə qədər gedəcəyik! Əsgərlərimlə birgə özümüzü o gün üçün hazırlayırıq! O murdar məxluqları, o gözəl yurdumuzdan qovacağıq! Biz qalib gələcəyik! Mütləq!”.

Dərdə dəyanətlidirmi, Ağdamın oğlanları?

Rəşadət Qarayev Ağdam rayonu Kəngərli kəndindəndir. Ürəyi doğma yurdu üçün çırpınan eloğullarımızdandır. Yurd yanğısı elə ilk kəlməsindən bəlli olur:

“Yurdumuzdan ayrılalı 26 il oldu. Düz 26 il! Ermənistan-Azərbaycan-Qarabağ münaqişəsi acı bağırsaq kimi uzandıqca özümüzdən asılı olmayaraq elliklə, suçumuzdan, sürücümüzdən, traktorçumuzdan tutmuş alimimizə, professorumuza qədər gündəmi izləyirik, yenilikləri analiz edirik, nəyin səhv, nəyin düz olduğunu anlamağa çalışırıq. Bu minvalla hamımız “siyasətçi” olmuşuq. Bu 26 il ərzində artıq hansı dövlətin, hansı mövqedə olduğunu başa düşmüşük. Rusiyanın, ABŞ-ın, Fransanın, İtaliyanın, İranın və bir sıra hegemon dövlətlərin ikiüzlü siyasəti, mütəmadi olaraq işğalçı Ermənistanin qonşu dövlətlərə (Azərbaycan, Gürcüstan, Türkiyə) iyrənc torpaq iddialarına çox vaxt dəstək nümayiş etdirməkləri bizi üzür. Yəni, elə bir zamana gəlib çıxmışıq ki, haqqı-ədaləti bərpa etmək missiyasına malik olan dövlətlər necə deyərlər, gah nala vururlar, gah mıxa. Bir dəfə də olsun hədəfə vurmağa təşəbbüs göstərmədilər.Təsəvvür edin, ermənilər beynəlxalq təşkilatların qarşısında götürdüyü öhdəliklərə o qədər məsuliyyətsiz yanaşır ki, regionda əməlli-başlı təhlükə mənbəyinə çevriliblər. Yəqin ki, unutmamısınız, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov şəhid edilir. Ən anlaşılmayan isə bunu həm həmsədrlər, həm də onların mənsub olduğu dövlətlər bilir və susur. Ermənistanın bu azğınlaşmış hərəkətləri ilə bağlı beynəlxalq səviyyədə heç bir ölçü götürülmür. Bu ilin 8-9 may tarixlərində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin hava sərhədlərini pozaraq Şuşaya gəldi. Orda təşkil olunmuş şənlik və tədbirlərdə iştirak etdi. Rəqs elədi, şərab içdi. Yenə də beynəlxalq qanunları pozdu. Yenə də Azərbaycan dövlətini və ictimayyətini bu hərəkəti ilə təhqir elədi. Növbəti dəfə haqq-ədaləti “itkin” düşmüş dünya bu haqsızlığada göz yumdu. Hadisələrin gedişi bir daha göstərdi ki, özümüzdən başqa bizə kimsə kömək etməyəcək . Necə deyərlər, ümid sənədir ancaq, Azərbaycan əsgəri!
Yeri gəlmişkən, bildirim ki, mən Ağdam rayonunda yerləşən 3 Kəngərlidən biri olan Pirhəsənli kəndindənəm. 40 yaşım var. Hazırda məcburən Mingəcevir şəhərində məskunlaşmışam. Burda sürücülüklə məşğul oluram. Pis-yaxşı dolanıram, ailəmi saxlayıram. Amma lap elə bu gün səfərbərlik olsun, döyüş əmri verilsin, mən də hər şeyimi atıb müharibəyə getməyə hazıram! Uzun illər ərzində anlamışam ki, insana doğma yurdu qədər əziz, şirin, müqəddəs heç nə ola bilməz! Quduzlaşmış erməniləri yerində oturtmağa bir əmr yetər! Mənsə həmişə hazıram!”.

“Elə bildim yanan torpaq yox, mənim ürəyimin başıdı”

Vüqar Məmmədov Ağdam rayonu Ayaqqərvənd kəndində yaşayır. Onun dərdi daha dərin, yarası isə gözü qarşısındadı:

- Mən təmas xəttinin təxminən 300-350 metr yaxınlığında yaşayıram. Ayaqqərvənd kəndi Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Baş Qərvənd kəndinin inzibati ərazisidir. Təmas xətti bizim kənddən azacıq irəlidə yerləşən Ortaqərvənd kəndinin lap yaxınlığından keçir. O qədər yaxındır ki, ermənilər bu yaxınlıqdan istifadə edərək insanlara, heyvanlara, hətta evlərə, yardımçı tikililərə də atəş açırdı. Düşmənin bu istiqamətdə ən böyük vəhşiliyini 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovu qətlə yetirəndə gördük. Bu ilin qışında əzizlərinin məzarını ziyarətə gedən kənd sakini Dilşad Allahverdiyeva düşmənin açdığı atəş nəticəsində ağır yaralandı, Bir sözlə, ermənilər erməniliklərindən əl çəkmirlər... Ən pisi isə odur ki, dinc sakini öldürə bilməyəndə işğaldakı torpaqlarımızda yanğınlar törədir. Qarşısı alınması mümkün olmayan belə yanğınlar isə təmas xəttini keçərək kəndlərimizə, əkin sahələrimizə ziyan vurur. Bu günlərdə Baş Qərvəndin qəbiristanlığında böyük bir yanğın oldu... Dəfələrlə güllə yağışlarından parça-parça olan başdaşılar mərhumun yaxınları tərəfindən yenidən təmir edilmişdi. Bu dəfə isə həmin yanğında yüzlərlə qəbir, hektarlarla əkin sahəsi gözümüzün qarşısında od tutub yandı. Elə bildim yanan torpaq yox, mənim ürəyimin başıdır.... Təssüf ki, təmas xəttində tikilən istinad divarı da nə atəşlərin, nə də yanğınların qarşısın ala bildi. Bunlar hələ bizim gözümüzün qarşısında olan ürəkağrıcı xırda hadisələrdi. Gör, indi ermənilər Ağdamda, Şuşada, Lacında, Zəngilanda, Cəbrayılda torpaqlarımızın başına nə oyunlar gətirir..
Mən qarabağlıyam, ağdamlıyam, yurdum-yuvam erməni əsarətindədir. Mən Ali Baş Komandanım İlham Əliyev cənablarından müharibə tələb edirəm, döyüş istəyirəm! Xalqımın ən ağır günlərində əlimdə silah ön cəbhədə olmuşam. I Qarabağ müharibəsində 190 saylı hərbi hissənin ikinci batalyonda - Rauf Dəmirovun batalyonunda düşmənimə qarşı döyüşmüşəm və bu gün səfərbərlik olarsa, yenə də döyüşə hazıram. Döyüş dostlarımla tez-tez görüşürəm. Elə o vaxt mənimlə bir səngərdə döyüşən həmkəndlilərimlə də bu mövzuda söhbət edəndə, onlar da daha dözə, daha səbr edə bilmədiklərini dilə gətirirlər. Axı ermənilərin bizə qarşı etdikləri bu rəzilliyin cavabı verilməlidir! Ordumuzunda, xalqımızında gücünü Ermənistan silahlı qüvvələrinə göstərməyin vaxtıdır!

Gedirəm, əsgər gedirəm...

Qaffar Axundov hələ gəncdir. Azərbaycan Dövlət Aqrar Universitetindən yenicə məzun olub. Söhbət əsnasında anladıq ki, əslində müsahibimin ruh yaşı elə də az deyil. Qurduğu cümlələr, açdığı samballı mövzular, ağır oturuşu-duruşu onu yaşından xeyli böyük göstərir:

- Mənim valideynlərim Ağdam rayonunn Seyidli kəndindəndirlər. Düz 26 il əvvəl Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etdiyi üçün onlar da məcburən öz doğma yurdlarından köç ediblər. Heç uzağa da getməyiblər. Elə Ağdamın işğal olunmamış Quzanlı kəndinə pənah gətiriblər. Mən burda doğulmuşam, burda böymüşəm, burda orta məktəbi bitirmişəm. Elə buradan da Azərbaycan Dövlət Aqrar Universitetinə ali təhsil almağa getmişəm. Sözümün canı odur ki, Azərbaycanımın hər bucağı kimi Quzanlı da mənə əzizdi, doğmadı. Amma gözümü açandan, ağlım kəsəndən bizim evdə Seyidlinin adı tez-tez çəkilib, kəndin həm təbii gözəllikləri, həmdə xalqına-millətinə ləyaqətlə xidmət göstərmiş elm, mədəniyyət, ədəbiyyat xadimləri haqqında söhbətləri çox olub. Söhbətlərdən mənə məlum idi ki, kəndin yaranma tarixi qədim zamanlara gedib cıxır. O vaxtlar -Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar olub. Atamın Kötəl çayı haqqında danışdıqları məni daha çox cəlb edirdi. O deyirdi ki, Qarqar çayının qolu olan Kötəl suyunu içənlər mütləq qoçaq, igid, eyni zamanda gözəl səsi olarmış. Bunu atama babası söyləyərmiş. Ümumiyyətlə, işğaldan əvvəl o yerlərdə elə bir inanc varmış və bütün eşitdiklərim məndə bu yurda bir maraq, bu yurdu daha dərindən öyrənmək ehtiyacı yaratdı. Universitetdə tələbə olarkən kəndimizə aid materiallar tapıb oxumağa, işğalda qalmış yurdumla daha yaxından tanış olmağa başladım... Araşdırmaçı –jurnalist Orxan Zakiroğlunun Seyidli ilə bağlı məqalələrini acgözlüklə oxudum. Nə gözəl yurdum, nə əsrarəngiz el-obam, necə savadlı, qoçaq, uzaqgörən, zəhmətkeş camaatımız varmış. Müəllifin yazdıqlarında deyilir ki, elmə-təhsilə önəm verən kəbirli tayfası (seyidlilər) hələ 1923-cü ildən Seyidli kənd orta məktəbində biliklərə yiyələnib, xalqın inkişafında önəmli yer tutublar.
“Seyidli kənd orta məktəbi ilk vaxtlar Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun iki otaqdan ibarət evində yerləşb. Süleyman Sani Axundovun evi təmirsiz olduğundan təhsil ocağı Səfər Səfərovun 4 otaqlı şüşəbəndli evində fəaliyyətini davam etdirib. (Çar Rusiyası dövründə Səfər Səfərov və qardaşı Cəlal Səfərov Seyidli kəndinin varlı tacirlərindən sayılmışlar) 1954-1955-ci dərs ilində bu məktəb Kərbəlayi Rəsulun ikimərtəbəli evinə köçüb. 1967-1968-ci dərs ilində ikimərtəbəli tarixi binaya əlavə birmərtəbəli bir neçə sinif otağı tikilmişdir. 1957-ci ildə Seyidli kənd orta məktəbinin emalatxanası üçün bina tikilmişdir. Məktəbin 1 hektara yaxın tədris-təcrübə sahəsi var idi. Burada 200-dən çox meyvə, dekorativ ağac və gül kolları əkilib”.

Maraqlıdır ki, həmin məktəb Yelmar Şərifov ( Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi), Surxay Qurbanov ( maarif xadimi, müəllim), Məmməd oğlu Məmmədov (maarif xadimi, müəllim), Əli Eyvazov ( maarif xadimi, müəllim), Dilbər Məmmədova (maarif xadimi, müəllimə), Adilə Namazova (AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor), Zakir Məmmədov ( AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor), Adil Məmmədov (tarix elmləri, doktoru, professor), Çingiz Axundov ( tarix elmləri namizədi, dosent), Şəmsəddin Nəcəfov (biologiya elmləri namizədi), Rasim Qarayev – (iqtisad elmləri namizədi, professor), Habil Qurbanov ( hüquq elmləri doktoru, professor), Taryel Eyvazov ( tibb elmləri namizədi, dosent), Gülzadə Abdulova ( tarix üzrə fəlsəfə doktoru) və adını cəkə bilmədiyim yüzlərlə belə elm fədaisi yetişdirib. O gözəl yurd uğrunda canından keçən oğulların adını yazmasam bu naxələflik olar. Natiq Camalov ( Tabor komandiri, baş leytenant, Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşüb), Fuad Nağıyev, Vaqif Nağıyev, Rövşən Camalov canını vətənə fəda edən şəhidlərimizdi. Rövşən Camalovun qardaşı Bəhruz Camalov da vətən uğrunda döyüşüb. Hazırda Birinci qrup Qarabağ əlilidir.
İndi mən bir neçə gün sonra ordu sıralarında vətənə xidmətə başlayacam. Silah tutmağı, döyüşə girməyi, döyüşməyi və nəhayət qələbə calmağı öyrənəcəm. Mən bir vətəni sevdiyim qədər, düşmənə də nifrətim var! Mən bir əsgər olmalıyam! Mən ölməyə yox öldürməyə tələsirəm! Mən o cənnət yurdumu düşməndən xilas etməliyəm! Bu mənim andımdı! Mənə uğur diləyin, əziz həmvətənlərim! Gedirəm, əsgər gedirəm!”.

Yazımın sonunda hiss etdim ki, ürəyim fəxrlə çırpınır. Bəs deyirdilər, aradan keçən 26 il köçkünləri öz doğma yurduna yadırğadacaq, yad edəcək, unutduracaq bütün keçən-kecmişi? Nə oldu şübhəli cənablar, iflasa uğradınızmı? Ağdamlıların və onların simasında bütün köçkünlərin doğma yurda olan sevgisini dinlədinizmi? İndi isə bizə meydan verin! Biz döyüşmək istəyirik! Ağsaqqalımızdan tutmuş yeniyetməmizə qədər! Döyüşmək! Dilə gətirdiyimiz sevgini sübut etməyə meydan istəyirik! Müharibə istəyirik!


Söhbətləşdi: Əntiqə Rəşid
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu