Dovletxeberleri.Az
» » Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTO

18-07-2019, 19:57Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTO

Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTO
Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilən "Açıq qapı" günündə abituriyentlər və onların valideynləri ilə görüş təşkil edilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Qulu Novruzov bu ali təhsil ocağının Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli müvafiq Sərəncamına əsasən yaradıldığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi olduğunu bildirib. Akademiyanın əsas fəaliyyət istiqamətlərindən söz açan Qulu Novruzov gömrük xidmətinin ölkə iqtisadiyyatına və dövlətin milli təhlükəsizliyinə xidmət edən bir sahə olduğunu bildirib. O, abituriyent qəbulu ilə yanaşı, gömrük orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması üçün Akademiyada təlimlərin təşkil olunduğunu deyib.
2014/2015-ci tədris ilində Akademiyaya II ixtisas qrupu üzrə "İqtisadiyyat" və III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasına ilk dəfə tələbə qəbulunun həyata keçirildiyini bildirən Qulu Novruzov 2019/2020-ci tədris ilindən başlayaraq I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə, eləcə də magistraturaya Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları qəbulun gerçəkləşdiyini də vurğulayıb.
"Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir" – deyə sözünə davam edən Akademiya rəisi qeyd edib ki, hər bir gənc, ilk növbədə, Azərbaycan dəyərlərinə sadiq vətəndaş olmalıdır. Qulu Novruzov gömrük orqanlarında çalışan Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin yarıdan çoxunun Akademiya tələbələri olduğunu bildirib.
Azərbaycan gömrük xidmətinin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardan da bəhs edən Qulu Novruzov bu il iyunun 29-da ÜGT-nin Brüssel şəhərində keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, eləcə də bu təşkilatın 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsini xatırladıb. O, bu uğurun ölkə başçısının apardığı daxili və xarici siyasətin məntiqi nəticəsi olduğunu deyib.
12-14-iyun tarixində ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisindən də söz açan Qulu Novruzov bu beynəlxalq tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Akademiyanın beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini və bu aspektdə tələbələrin beynəlxalq tədbirlərdə iştirakına da toxunan Akademiyanın rəisi tələbələrin bu il Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil etdiklərini diqqətə çatdırıb.
Qulu Novruzov dərslərin təşkili, imtahanların keçirilməsi ilə bağlı məsələlərə də toxunaraq imtahanların "klaviatura-monitor" prinsipi ilə aparıldığını bildirib, tam elektron sistemin qurulduğunu, innovativ texnologiyaların tətbiq olunduğunu vurğulayıb.
Görüş çərçivəsində abituriyentləri və onların valideynlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonra görüş iştirakçıları texniki nəzarət vasitələri otağı, müxtəlif laboratoriya və innovativ metodlarla qurulmuş auditoriyalarla, İNCU mərkəzi ilə, tibbi xidmət otağı, yeməkxana ilə tanış olublar.
Sonda abituriyentlər və valideynlər keçirilən səmərəli və səmimi görüşə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub -FOTO
Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub -FOTO
Gömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub -FOTO
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayon Boyat kənd sakini Mahmudova Ayna Sultan qızı Ağcabədi rayon başçısı və Mərkəzi Xəstəxana haqqında dedikləri şər böhtan olaraq öz əksini tapmadı.Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRARZeynəbin təhsil haqqı tam ödənildiPutin İlham Əliyevi parada dəvət etdiTramp Makronla G7 sammiti öncəsi müzakirə apardıPrezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB1450-dək uşağa reabilitasiya xidmətləri göstərildiHeydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək"Qarabağ" 20 min avro cərimələndiVilayət Eyvazov iki rəisi vəzifədən çıxardı - Yeni təyinatlarFransada G7 sammiti başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Biləsuvar rayonunda keçirilmişdirDirektora ikinci dəfə istefa ərizəsi yazdırılıb? - KTN susur, direktor isə "Xəstəyəm" deyirYeni tədris ilində Ağcabədidə iki məktəb binası istifadəyə veriləcəkPalkovnik Leytnant Azərbaycan xalqının fəxri Ramil Səfərovun 42 yaşı tamam olur təbriklərNazirlik Ağsudakı meşə yanğını barədə məlumat yaydıAvropa Liqası: "Qarabağ" "Linfild” oyununda 5 qol vurulduFüzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür“Tarixi şəxsiyyətlər” jurnalının növbəti – 45-ci nömrəsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub.Əli Əhmədov bazardakı qiymətlərdən şikayətləndi - “2 manata kartof olmaz” (VİDEO)Sumqayıtın icra başçısı İnşaatçılar qəsəbəsinə getdiBaş Prokurorluq müsavatçı Tofiq Yaqubluya xəbərdarlıq etdiDövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıbBu qanunu pozan vəzifəli və hüquqi şəxslər cərimələnəcək - Qanun dəyişdiAzərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO“Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxırDovletxeberleri.az Milana Hospitaln rəhbəri Xuraman Muradovanın ad günün təbrik edir!"Nə etməli ki, bu ona qismət olmadı" - Rəşad Atakişiyevin atası“Azərbaycan ordusu Qazax istiqamətində 600 metr irəliləyib” – Ermənilərdən ETİRAFBirinci vitse-prezident Mehriban Əliyeva şəhid pilotun ailəsinə başsağlığı veribLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıbZakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib - FOTOƏli Əhmədov: "Bu kampaniyanı satılmış müxalifət təmsilçiləri aparır"Bu qurum da büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRARRəşad Atakişiyevlə vida mərasimi keçirilirLeyla Əliyeva müalicə alan uşaqlara baş çəkdiGəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"