Dovletxeberleri.Az
» » “Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTO

13-07-2019, 14:55“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTO

“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTO
Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus dühadır. O, xalqımızın, dövlətimizin xilaskarı, Yeni Azərbaycanın memarı və qurucusudur.

Dovletxeberleri.az xəbər verir ki, bugün ölkəmizin qüdrətli yüksəlişi, istənilən sahədəki inkişafı Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinə də xüsusi diqqət göstərib. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində Ulu öndərin misilsiz rolu və zəhməti olub. Məhz, Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılmış “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabında onun dənizçilik sahəsinə verdiyi töhfədən bəhs edilir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yazılmış kitab yeni işıq üzü görüb.

Kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.

Azərbaycanda gəmiçilik tarixinə qısa səyahət şəklində verilmiş birinci fəsildən sonra Heydər Əliyev erasının – “Yeni eranın başlanğıcı” fəsli gəlir.

“69-cu ilin isti yayı” bölməsində Ulu öndərin ölkəyə rəhbər seçilməsinin tarixçəsindən bəhs olunur, daha sonra respublikada başlayan inkişaf və dəyişikliklərdən danışılır. Maraqlıdır ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən cəmi bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə “Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edib. Təkcə bu fakt Ümummilli liderin respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyə hansı mühüm əhəmiyyət verdiyi barədə aydın təsəvvür yaradır.

Kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi, əmək intizamının gücləndirilməsi və s. kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.

Kitabın “Ulu öndərin fəaliyyətində Moskva vaxtı” adlanan fəslində Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi sovet nəqliyyat sisteminə rəhbərlik etdiyi illərdən bəhs olunur.

Azərbaycanın müstəqilliyini bərpa edəndən sonrakı illərdə Ümummilli liderin milli gəmiçilik sahəsində atdığı mühüm addımlardan, qəbul etdiyi taleyüklü qərarlardan ayrıca fəsildə söhbət açılır.

Kitabın “Gəmiçiliyin inkişafında yeni mərhələ” adlanan sonuncu fəslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ölkədə milli gəmiçilik sahəsində aparılan struktur dəyişiklikləri və qazanılan uğurlar haqqında danışılır.

Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.

Kitabın müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.
“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTO
“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTO
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Elçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ