Dovletxeberleri.Az
» » Azərbaycanda diplomatların GÜNÜDÜR

9-07-2019, 09:05Azərbaycanda diplomatların GÜNÜDÜR

Azərbaycanda diplomatların GÜNÜDÜR
9 iyul tarixi Azərbaycanda Diplomatiya günü kimi qeyd olunur. Dovletxeberleri.az-ın məlumatına görə, Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Beləliklə, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasından 100 il keçir.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma Diplomatiya gününün təsis edilməsi barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb.

Diplomatiya günü müəyyən olunarkən bir neçə təklif nəzərdən keçirilib. Bu təkliflər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və digərləri olub.
Lakin nəticədə 9 iyul tarixinin üzərində dayanılıb. Qərara alınıb ki, arxivlərdən AXC Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli XİN-in katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix Diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.

11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanınandan sonra hökumət tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.
1920-ci ilin aprelinədək Azərbaycanın aşağıdakı ölkələrdə nümayəndəlikləri var idi: Gürcüstan (diplomatik nümayəndə Fərhad bəy Vəkilov, Batumda konsul Mahmud bəy Əfəndiyev); Ermənistan (diplomatik nümayəndə Əbdürrəhman bəy Haqverdiyev); İran (diplomatik nümayəndə Adilxan Ziyadxan); İstanbul (diplomatik nümayəndə Yusif bəy Vəzirov); Ukrayna (konsul Camal Sadıxov), Krım (konsul agenti Şeyxəli Hüseynov).

Bundan başqa, Azərbaycanın Kubanda və Donda diplomatik nümayəndəliyi, Petrovskda isə konsul agenti, İrkutskda Azərbaycan konsulluğu fəaliyyət göstərirdi.
Qeyd edək ki, Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Məmməd Cəfərov XİN-ə rəhbərlik edib.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Xarici İşlər Nazirliyi bağlandı və əvəzində Azərbaycan Sovet Sosialist Respublikası Xalq Xarici İşlər Komissarlığı yaradıldı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, BMT tərəfindən tanındı.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci ildə imzaladığı sərəncamla 9 iyul tarixi Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.

Bu gün Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.

Azərbaycanın xarici siyasət idarəsinə 2004-cü ildən Elmar Məmmədyarov rəhbərlik edir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandı