Dovletxeberleri.Az
» » Azərbaycanda Notariat Palatası yaradıldı

8-07-2019, 21:34Azərbaycanda Notariat Palatası yaradıldı

Azərbaycanda Notariat Palatası yaradıldı
Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.

Ədliyyə Nazirliyindən DovletXeberleri.az-a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul şəxsləri, ölkədə fəaliyyət göstərən notariuslar, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələri iştirak ediblər.

Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Palata Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariusları özündə birləşdirir.

Ədliyyə nazirinin müavini Toğrul Musayev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı iqtisadi inkişafının təmin olunduğunu, əhalinin həyat şəraitinin xeyli yaxşılaşdığını, mülki dövriyyənin dairəsinin genişləndiyini vurğulayıb, bu münasibətlərin tənzimlənməsində vacib rol oynayan notariat sahəsində aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, ötən dövrdə notariat sahəsində mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə qanunvericilik təkmilləşdirilib, şəffaf prosedurlar əsasında yeni notariat korpusu formalaşdırılıb, xüsusi notariat institutu geniş tətbiq olunub. Notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sisteminin istifadəyə verilməsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib.

Eyni zamanda ictimai xidmətlərin müasir modeli olan “ASAN xidmət” çərçivəsində notariat orqanları tərəfindən əhaliyə səmərəli xidmətlər göstərilir. Həmin mərkəzlərdə verilən sənədlərin yarıya qədəri məhz xüsusi notariusların rəsmiləşdirdiyi sənədlərdir.

Yeni qanunvericiliyə əsasən, notariat sahəsində mütərəqqi innovasiyalar, o cümlədən vətəndaşlara istənilən yerdə notariat hərəkətlərinin aparılmasına, təxirə salınmayan hallarda səyyar və məsafədən xidmətlərin göstərilməsinə, notariat fəaliyyəti barədə məlumatların əldə edilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası və mobil notariat qovluğu istifadəyə verilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artır və bir çox dövlətlər Azərbaycanın müsbət təcrübəsindən bəhrələnirlər.

Nazir müavini notariuslar arasında əlaqələndirmənin gücləndirilməsi, beynəlxalq notariat ittifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi və notariusların təlimi sahəsində formalaşmış beynəlxalq təcrübə öyrənilməklə ölkəmizin tarixində ilk dəfə olaraq Notariat Palatasının yaradılmasının müstəsna əhəmiyyətinə toxunub. T.Musayev Palatanın notariat fəaliyyətinin səmərəli təşkili ilə bağlı Ədliyyə Nazirliyinə kömək göstərilməsində önəmini qeyd edib, onun fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsiplər əsasında quraraq ölkəmizdə müasir tələblərə cavab verən notariat institutun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə açıq səsvermə yolu ilə seçilmiş iclasın sədri, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Əbülfəz Bünyatov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra Palatanın nizamnaməsi yekdilliklə qəbul olunub və beləliklə Azərbaycan Notariat Palatası təsis edilib.

Daha sonra Palatanın idarəetmə orqanlarına seçkilər keçirilib, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.

Sonda "Ən müasir şəraitli notariat ofisi" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar”Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdi