Dovletxeberleri.Az
» » Qaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdi

20-06-2019, 19:49Qaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdi

  Qaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdi

İyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Dovletxeberleri.az xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib:

"Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlətimizin başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhali kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq”.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkarlığının və siyasi səriştəsinin dayandığını söyləyib.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə "Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, "Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş Nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandı