Dovletxeberleri.Az
» » Baş katib İlham Əliyevin qəbulunda

12-06-2019, 17:37Baş katib İlham Əliyevin qəbulunda

Baş katib İlham Əliyevin qəbulunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı qəbul edib.
Dovletxeberleri.az xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və 50-dən artıq ölkənin, eləcə də özəl və ictimai sektorun nümayəndələrinin burada bir araya gəlməsini tədbirlərin önəminin göstəricisi kimi dəyərləndirdi. Qonaq Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini vurğulayaraq, ölkəmizdə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi. Kunio Mikuriya, eyni zamanda, Azərbaycanın Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilməsi münasibətilə təbriklərini çatdırdı və qeyd etdi ki, Azərbaycan bu sahədə təkcə gələcəkdə Avropada deyil, daha geniş məkanda mühüm rol oynaya bilər. O, ölkəmizin informasiya texnologiyaları sahəsində uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirdiyini qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisinin önəminə toxunaraq, paytaxtımızda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri daşıdığını qeyd etdi və bunun ölkəmizin inkişafına öz töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanda informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini, buraya böyük investisiyaların qoyulduğunu və bu sahənin geniş potensiala malik olduğunu vurğuladı.

Görüşdə ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi bildirildi, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI