Dovletxeberleri.Az
» » AzTV-də iki yeni LAYİHƏYƏ start verilir

10-06-2019, 15:47AzTV-də iki yeni LAYİHƏYƏ start verilir

AzTV-də iki yeni LAYİHƏYƏ start verilir

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Bədii Şuranın növbəti iclası keçirilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa “Nəsimi İli” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət müsabiqəsi başa çatıb.

Eyni zamanda yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.
İclasda Şura üzvləri - xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, şair Baba Vəziroğlu, əməkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri çıxış edərək son aylar Azərbaycan Televizyasında aparılan islahat və yenilikləri təqdir edib.

İctimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini də səsləndiriblər. Təkliflər ədiblərin yaradıcılığından ibarət yeni formatda veriliş, axşam şousu tipli yeni veriliş, canlı verilişlərin, musiqili verilişlərin sayının artırılması, aparıcılar və sair ilə bağlı olub.

Fransadan səfərdən dönən Şura üzvü, xalq artisti Fidan Hacıyevə bu ölkədə yaşayan azərbaycanlıların son aylar AzTV-də baş verən yeniliklər ilə bağlı təşəkkürlərini çatdırıb. Sonra yaradıcı və texniki sahədə yeniliklərdən, qarşıda duran məsələlərdən danışılaraq şura üzvlərinin təklifləri əsasında qərarlar qəbul edilib. Yaradıcı heyətdə kadrların daha da yenilənməsi istiqamətində Mədəniyyət və İncəsənət Universitetilə sıx əməkdaşlıq barədə də qərar qəbul edilib. Eyni zamanda qərara alınıb ki, Bədi Şuranın nəzdində qurumda təmsil olunan aidiyyəti şəxslərdən ibarət Musiqi Qrupu da yaradılsın.
[center]AzTV-də iki yeni LAYİHƏYƏ start verilir
AzTV-də iki yeni LAYİHƏYƏ start verilir[/center]
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI