Dovletxeberleri.Az
» » 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1-06-2019, 11:221 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial inkişaf strategiyası əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə, o cümlədən müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, hazırda nazirlik sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqları, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarını aylıq sosial müavinətlə təmin edir. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin olunur.

Ölkə başçısının 2019-cu il 15 aprel tarixli Fərmanları ilə aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Qeyd olunan Fərmanla müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Ailə başçısını itirməyə görə aylıq müavinətlə təmin edilənlərin böyük əksəriyyəti uşaqlardır ki, bu müavinətin məbləği də artırılaraq hər nəfərə görə 80 manat müəyyən olunub.

Bununla yanaşı, ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Qismən ödənişli sosial məzuniyyətdə olan 30 mindən çox sığortaolunan isə üç yaşınadək uşaqlara qulluğa görə müavinətlə təmin edilir.

Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Cari ildən isə ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanması nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyayönümlü sosial xidmətlərə təminatında önəmli rol oynayır. Bu layihələr çərçivəsində autizm və Daun sindromlu uşaqlar defektoloji-psixoloji yardımlar, eşitmə və nitq qabiliyyəti zəif uşaqlar reabilitasiya və surdoloji, görmə imkanları məhdud uşaqlar sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR