Dovletxeberleri.Az
» » Bakıda “Ermənistanın regional təhdidi” adlı forum keçirilib

30-05-2019, 15:18Bakıda “Ermənistanın regional təhdidi” adlı forum keçirilib

Bakıda “Ermənistanın regional təhdidi” adlı forum keçirilib
Mayın 30-da Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forum keçirib.
Modern.az xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, səfirlər, media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak ediblər.
Forumu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov açaraq Azərbaycanın ərazi bütövlüyünün və bir milyondan çox qaçqın və məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə çağırıb. O, Ermənistanın bu gün də davam edən işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib. BMAM-ın sədri Prezident İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verməz ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın” fikirlərini bir daha forum iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransa da, təkrarlanan qeyri-konstruktiv mövqe indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyini göstərir.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbirdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, münaqişənin həlli istiqamətində danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv siyasəti bu danışıqların səmərəliliyinə mane olur. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirib. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq.
Səməd Seyidov qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Lakin Ermənistanın cəhdləri ona heç nə qazandırmır.
Sonra Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev “Erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Ermənistanın təhdidləri region üçün çox təhlükəli nəticələrə gətirib çıxarıb. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparmır, əksinə, daha təhlükəli nəticələrə yol açır. Ermənistan tərəfi anlamalıdır ki, bu münaqişə nəticəsində özünü pis vəziyyətə salıb. Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhrandır. Siyasi böhran, iqtisadi böhran, demoqrafik böhran Ermənistanı süquta aparır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev məruzəsində Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam edən təhdid siyasətinin aradan qaldırılması üçün region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Deputat qeyd edib ki, nə qədər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur.
Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesindəki vəziyyəti” mövzusunda məruzəsində münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərdən bəhs edib, Ermənistanın qeyri-konstruktiv mövqeyini forum iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz işğal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətimizin prioritetlərindən birini təşkil edir.
Milli Məclisin deputatı Elman Nəsirov bu kimi beynəlxalq forumların keçirilməsinin əhəmiyyətindən danışıb. O, Ermənistanın işğalçılıq siyasətinin BMT-nin 4 qətnaməsində də öz əksini tapdığını vurğulayıb. Bildirib ki, Ermənistan beynəlxalq hüquqa riayət etməklə Azərbaycan torpaqlarından geri çəkilməli, işğalçılıq siyasətindən imtina etməlidir. Ermənistanın işğalçılıq siyasəti bütün dünya tərəfindən pislənməli, ikili standartlara son qoyulmalıdır.
Forum müzakirələrlə davam edib. Qeyd edilib ki, Ermənistanın aqressiv siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalıdırlar. Onlar Ermənistanın təhdid siyasətinin qarşısının alınmasında yaxından iştirak etməlidirlər.
Beynəlxalq forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair bəyanat qəbul edilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR