Dovletxeberleri.Az
» » “Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə Əliyeva

20-05-2019, 16:58“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə Əliyeva

“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə Əliyeva
“Azərbaycanın dünyaya ehtiyacı olduğu kimi, dünyanın da Azərbaycana ehtiyacı var”.

Bu sözləri açıqlamasında deputat Kamilə Əliyeva söyləyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən bu yana hər zaman ikitərəfli və çoxtərəfli əməkdaşlığa, dövlətimizin ərazi bütövlüyü, suverenliyini tanıyan dövlətlərlə, nüfuzlu regional, beynəlxalq təşkilatlarla səmimi və konstruktiv tərəfdaşlığa üstünlük verib:
“Ölkəmiz hər zaman açıq, şəffaf, milli və dövlətçilik maraqlarına söykənən siyasət yeridib, heç bir ölkənin daxili işlərinə müdaxilə etməyib, qarışmayıb. Eyni zamanda, Azərbaycan əməkdaşlıq, tərəfdaşlıq etdiyi dövlətlərdən, beynəlxalq və regional qurumlardan da bu cür mövqenin sərgilənməsini istəyib, tələb edib. Azərbaycanın daxili işlərinə müdaxilənin qəbuledilməzliyini və yolverilməzliyini birmənalı şəkildə ortaya qoyub.

Azərbaycan bu gün demək olar ki, bütün beynəlxalq və regional qurumlarla, o cümlədən, BMT-dən sonra dünyada ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatı ilə yüksək səviyyəli əməkdaşlıq edir, bu qurumun ən fəal və aktiv üzvlərindəndir. Həmçinin, bu il bu mötəbər qurumun növbəti Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır. Yəni, ölkəmiz bu quruma üzv olmaqla bir daha onu nümayiş etdirmiş oldu ki, Azərbaycan müstəqil, balanslaşdırılmış, tarazlaşdırılmış, neytral mövqeli siyasət aparır, heç kimin, heç bir dövlətin daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil. Eyni zamanda, hər bir dövlətlə, hər bir beynəlxalq qurumla səmimi əməkdaşlıqda maraqlıdır”.

K.Əliyeva onu da qeyd edib ki, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri də, açıq şəkildə desək, Avropada, Qərb dünyasında əsas söz sahibi olan Avropa İttifaqıdır.
Deputat bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub:

“Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb. Onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Eyni zamanda, Azərbaycanı Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru növbəti mühüm addım olub. Həmçinin, Azərbaycan-Aİ münasibətlətində ən mühüm mərhələlərdən və məqamlardan biri də “Şərq Tərəfdaşlığı”dır. Bu təşəbbüs də Aİ xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. 7 may 2009-cu il tarixində “Şərq Tərəfdaşlığı” üzrə Zirvə görüşü keçirilib və Zirvə görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgiləri müəyyən edən Birgə Bəyannamə qəbul edilib. Həmin dövrdən də artıq Azərbaycan “Şərq tərəfdaşlığı”nın ən fəal və ən aktiv üzlərindən biri kimi Aİ ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində böyük bir yol, məsafə edib.

Xüsusilə də, ötən ilin iyulunda dövlət başçısının Brüsselə səfəri zamanı Aİ ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bir neçə gün öncə isə ölkə Prezidenti Belçikaya səfəri çərçivəsində Aİ-nin rəsmiləri ilə yenidən bir araya gəldi və keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu ortaya qoydu. Konkret olaraq, Aİ Şurasının prezidenti Donald Tuskla görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində oldu. Bu, bir daha onun təsdiqi oldu ki, Azərbaycan öz milli maraqları çərçivəsində Aİ ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir.

Öz növbəsində, Aİ də ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Belə demək mümkünsə, Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən, Aİ ilə əməkdaşlığa ehtiyacı varsa, onların da Azərbaycana ehtiyacı var. Onlar Azərbaycana ehtiyacdırlar, çünki bu bölgədə, bu regionda Azərbaycanın arzusu, istəyi, rizası olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil”.

Donald Tusk ilə keçirilən görüşü xüsusi vurğulayam K. Əliyeva söyləyib ki, görüş zamanı ölkəmizin bu mötəbər qurum üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğu qeyd edilib, Azərbaycanın regiondakı rolunun Aİ tərəfindən yüksək qiymətləndirildiyi bildirilib:

“Eyni zamanda, ölkə Prezidenti keçirilən bütün görüşlərdə, o cümlədən, Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq, təcavüzkarlıq siyasəti haqqında danışıb. Prezident xatırladıb ki, ötən ilin iyulunda onun Brüsselə səfəri zamanı paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir və bu səfər Azərbaycan-Aİ münasibətlərinin növbəti mərhələdə inkişafında, xüsusən, imzalanması gözlənilən əməkdaşlıq sazişinin baş tutması və reallaşdırılmasında çox mühüm məqam təşkil edəcək. Azərbaycanı sevməyən, onun inkişafını gözügötürməyən anti-Azərbaycançı dairələrin bütün cəhdlərinə, təxribatçılıq əməllərinə rəğmən, Azərbaycan-Aİ əməkdaşlığı davam edəcək və yaxın gələcəkdə məlum saziş imzalanaraq, öz önəmli töhfələrini verəcək”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI