Dovletxeberleri.Az
» » “İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR

3-05-2019, 16:35“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR

“İşığın limitinin artırılması məsələsinə də baxılacaq” - DEPUTATLAR
Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.
Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq.
İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Tarif Şurasının 30 aprel tarixli qərarından sonra elektrik enerjisinin istehlakı ilə də bağlı analoji addımın atılmasının vacibliyi qeyd oilunur. Hesab edilir ki, hökumət işqıdan istifadəyə görə də vətəndaşların durumunu yüngülləşdirən qərar verməlidir.

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Modern.az saytı bu dəfə deputatlardan işq limiti ilə bağlı rəy öyrənib.

Çingiz Qənizadə: “İşığın limitinin qaldırılması Milli Məclisin qərarı ilə həll olunmur. Bu, prezidentin iradəsi və əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı marağı və siyasəti ilə tənzimlənir. Qiymətlərin artırılıb-endirilməsi bildiyimiz kimi, Tarif Şurası vasitəsi ilə həyata keçirilir. Qazın limitinin artırılması ilə bağlı İqtisadiyyat Nazirliyinin açıqlamasında da bildirildi ki, cənab prezidentin mövqeyidir. Qazın limitinin artırılması çox böyük addım idi. Prezident iki gün öncə keçirilən toplantıda “Azəriqaz”a insanlara süni problem yaratmaları barədə ciddi xəbərdarlıq etdi. Bura qaz sayğaclarına müdaxilə, cərimələrin tətbiq edilməsi kimi məsələlər daxildir ki, bunlar da zamanla yığışdırılacaq. Tək limit məsələsi deyil, həmçinin bu kimi problemlərin də aradan qaldırılması ilə bağlı tapşırıq verildi. Prezident müşavirədə qeyd etdi ki, biz elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Belə olan halda düşünürəm ki, işığın limitinin artırılması məsələsinə baxılacaq. Prezidentin son 5-6 ayda gözlənilməz tapşırıqları buna inam yaradır. İşıq və qaz istifadəsində sərf olunan məbləğ ailələrin büdcəsinə təsir edir, düşünürəm ki, işığın limitinin artırılması məsələsi də həll edilsə, yaxşı olar”.

Fazil Mustafa: “İşığın limitinin də artırılmasını təklif etmişik. Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və bu məsələ öz həllini tapsın”.

Fəzail Ağamalı: “ Hazırda hər hansı təklif vermək fikrim yoxdur. Hökumətin Milli Məclisdəki hesabatı zamanı mən təklif irəli sürmüşdüm. Kütləvi informasiya vaitələrində də bu barədə sualları cavablandırmışam. Tarif Şurası da öz mövqeyini ortaya qoyub. Bundan sonra əlavə fikir bildirməyə ehtiyac duymuram. Yenidən Milli Məclisdə limitin artırılması ilə bağlı kimsə təklif irəli sürə bilər. Millət vəkili, eyni zamanda bir vətəndaş kimi limitin artırılması fikri mənim mövqeyimdi, lakin Tarif Şurasının da öz mövqeyi var. Ola bilsin ki, bu məsələ gələcəkdə daha aktual olsun. Tarif Şurasının son qərarını müsbət dəyərləndirirəm və düşünmürəm ki, məsələnin müzakirəsinə son qoyuldu”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür