Dovletxeberleri.Az
» » Elina Hacıyevanın anasının müdafiəsinə 3 vəkil qoşuldu

24-04-2019, 07:38Elina Hacıyevanın anasının müdafiəsinə 3 vəkil qoşuldu

Elina Hacıyevanın anasının müdafiəsinə 3 vəkil qoşuldu
Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

Xəbər verilir ki, bu barədə report-a S.Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla görüşüb. O, ictimaiyyətə müraciət edib : "Hörmətli media nümayəndələri və qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!

Elektron portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin, Anar müəllim dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət etdi. Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti altında aparılacaq. O, vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə edir".

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub: "Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır”NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görəTürk hərbçisi həlak OLDU"O adamlar pensiya ala bilməyəcək" - İqtisadçıdan pensiya açıqlamasıMəcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanırNazir sələfinin daha bir kadrını vəzifədən azad etdi - Yeni təyinatAŞPA-nın iclasında Ermənistan ciddi tənqid olunduLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Şəki rayonunda keçirilmişdirİlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİBYevlaxda tələbələrin olduğu mikroavtobus qəzaya düşdü - ölənlər varTürkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladıƏziz və dəyərli xalqım hər birinizə səslənib Fuad Abbasov üçün sizdən yardım istəyirəmLeyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisindəPrezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublarDovletxeberleri.az. Ağ göl Milli Parkı haqqında yazılanlar şər və iftiradırFənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlarMəktəb direktorlarına tapşırıq verildiƏsir və girovluqdan azad edilən, Qarabağda itkin düşən azərbaycanlılar...Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcəkErmənilər cəbhədə təxribat törətdiAgentlik direktoru üzvlükdən çıxarıldı - Nazirlər Kabinetindən QƏRARAzərbaycanda zəlzələ olduBirinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdiRusiyanın Bakıdakı səfiri: “Azərbaycanda yaşamaq və işləmək olduqca rahat və maraqlıdır”Prezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibİlham Əliyev Aleksandr Sergeyevi qəbul etdiPrezident Sabunçu dəmir yolu vağzalının açılışında iştirak edibManat və dolların məzənnəsi dəyişmədiXarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdiAzərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü“Dünyanın da Azərbaycana ehtiyacı var” – Deputat Kamilə ƏliyevaGeneral “Qırmızı Körpü” gömrük postunun rəisini işdən çıxardı - RƏSMİMehriban Əliyeva Azərbaycan xalqına xoş arzularını çatdırıbSumqayıtda Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilibOrdumuzun genişmiqyaslı təlimləri başlayıb - 10 min əsgər, 150 tank...Zaur Darğallı Marneulinin yeni meri seçilib“Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir“Qalatasaray”dan növbəti çempionluqAzərbaycanlı qazilər Ərdoğanla görüşdüElektron sənədlərin qeydə alınması proseduru dəyişibMaaş, pensiya və müavinətlər artırılacaq“Səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir” - Deputat27 ildir işğalda qalan Laçın...Ukrayna Müdafiə Şurasının katibi istefa VERDİNaxçıvan Ali Məclisində yeni təyinat oldu“Qızıl Kəlmə”nin qalibləri mükafatlandırıldıLaçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdirBu gün Laçın rayon Hacıxanlı kənd tam orta məktəbində rayonun işgal olunmasının 27 ci ildönümünə həsr olunmuş tədbir keçirildiDeputat: Bu, Prezidentin gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür