Dovletxeberleri.Az
» » Aprel şəhidlərinin ailə üzvləri nazir tərəfindən qəbul olundu

4-04-2019, 19:45Aprel şəhidlərinin ailə üzvləri nazir tərəfindən qəbul olundu

Aprel şəhidlərinin ailə üzvləri nazir tərəfindən qəbul olundu

2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi qələbəyə imza atılmaqla, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək.



Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə vurğulayıb.

Nazir bildirib ki, Aprel döyüşləri Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın, eyni zamanda, qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi.



S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb.

O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə, onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib. Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. I qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub.

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər.



Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşləri iştirakçıları - polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR