Dovletxeberleri.Az
» » Sabirabadda “Elektron Kənd Təsərrüfatı”nın tətbiqinə başlanıldı

4-04-2019, 18:06Sabirabadda “Elektron Kənd Təsərrüfatı”nın tətbiqinə başlanıldı

Sabirabadda “Elektron Kənd Təsərrüfatı”nın tətbiqinə başlanıldı

“Axısxalılar Toxum İstehsal Kooperativi” və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edirlər.



Sabirabad rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə start verilib. İlkin olaraq “Axısxalılar Toxum İstehsal Kooperativi”nin və “Birlik” İstehsal Kooperativinin üzvləri öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS sisteminə daxil ediblər.



Modern.az xəbər verir ki, “Axısxalılar Toxum İstehsal Kooperativi” Axısxa kənd sakinlərinin öz pay torpaqlarını birləşdirməsi nəticəsində yaradılıb. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir. Yeni birlik “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında təsis olunub. 231 ailədən 746 nəfərin təmsil olunduğu kooperativin sərəncamında 730 hektar torpaq sahəsi var.

“Birlik” İstehsal Kooperativi isə Beşdəli və Yaxadəllək kəndlərində fəaliyyət göstərir. Kooperativin sərəncamında 850 hektar torpaq sahəsi var. Kooperativdə 133 ailə birləşib. Ümumilikdə 680 nəfər üzvü olan kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq düşür.


Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Axısxa, Beşdəli və Yaxadəllək kəndlərində məlumatların elektron sistemə daxil edilməsi ilə əlaqədar fermerlərə informasiya məsləhət xidməti göstərməyə başlayıblar. Prosesdə iştirak edən könüllülər xüsusi təlimlərə cəlb olunublar. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərdə könüllülərə sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah edilib. Rayon ərazisində fəaliyyət göstərən fermerlər həftənin iş günləri Sabirabad DAİM-ə və Sabirabad “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçə biləcəklər.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Sabirabad “ASAN xidmət” Mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar ASAN xidmət avtobusu Axısxalılar kəndində fermerlərə xidmət göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə həyata keçirib: “Göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində hər iki rayonda 2 minədək fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edib. Quba və Şəkidə start verilən məlumatlandırma prosesi bu gündən başlayaraq Sabirabad rayonunda davam etdirilir. Əməkdaşlarımız və könüllülər fermerlərə qeydiyyat proseduru, funksiyalardan istifadə qaydalarını izah edirlər”.



Vüqar Hüseynov bildirib ki, fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra ilkin məlumat bazası formalaşmış olacaq: “Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq. Yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır. Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç prinsipə əsaslanır. Bunlar fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİRövşən Rzayev Kürdəxanıda məcburi köçkünlərlə görüşdü - FOTOMillət vəkili seçicilərlə görüşdü - FOTOLARZakir Fərəcov sakinlərilə görüşdü – FOTOFüzulinin hərbi prokuroru işdən çıxarıldı, yerinə yenisi gətirildiBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildiErmənilər mövqelərimizi qumbaraatanlardan atəşə tutduGeneral rəisi işdən çıxardı - Yeni təyinatKonstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi“Erməni zindanında səkkiz gün”ün təqdimatı olduVaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandıBakıda hakimi hədələyən qadına cinayət işi açıldıQaz, su, maaş artımı - Baş nazir hökumətin iclasını çağırdı, tapşırıqlar verdiPrezident daha bir sərəncam verdi, yeni yaradılmış dövlət qurumu ləğv edildiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Suraxanı rayonunda keçirilmişdirMüəllimlərin işə qəbulu üzrə müsabiqə başladıNovruz Məmmədov xidməti heyətin maaşlarını artırdı20 iyun - Ümumdünya Qaçqınlar GünüdürToğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir ŞərifovCənab Prezidentin güvənini doğrultmalıyıqBU GÜN Azərbaycanın Milli Qəhrəmanı HÜSEYNOV VÜQAR TOFİQ oğlunun AD GÜNÜDÜR