Dovletxeberleri.Az
» » Keçmiş məhkumlar, Çernobl əlillərinin statusu... - Daha 3 qanuna dəyişiklik oldu

12-03-2019, 20:11Keçmiş məhkumlar, Çernobl əlillərinin statusu... - Daha 3 qanuna dəyişiklik oldu

Keçmiş məhkumlar, Çernobl əlillərinin statusu... - Daha 3 qanuna dəyişiklik oldu

Bu gün Prezident İlham Əliyev "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklikləri təsdiq edib.
Dovletxeberleri.az xəbər verir ki, bununla da adıçəkilən qanunlarda aşağıdakı dəyişikliklər həyata keçirilir:
Maddə 1. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602) 6-cı maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
"Bu Qanunun 12-ci maddəsinin 7-ci hissəsində və 14-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 2. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738; 2005, № 6, maddə 466; 2007, № 5, maddə 401, № 11, maddə 1071; 2008, № 2, maddə 49; 2018, № 5, maddə 866) 4-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
"4.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.
4.2. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Maddə 3. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə 1382) aşağıdakı məzmunda 6.3-cü maddə əlavə edilsin:
"6.3. Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİRNazirlik: Yaşa görə müavinətlər apreldən artırılacaqSənədsiz evlər konsepsiyası Prezident Adminstrasiyasına təqdim olunacaqBakıda Azərbaycan-Rusiya enerji əməkdaşlığı müzakirə olunduZakir Həsənov tonqal qaladı, əsgərlərlə nahar etdi - FotolarQarabağ İcmasının sədri “Vaşinqton Post”a müsahibə veribÖmürlük məhkumlar Prezidentə təşəkkür etdilər - Əfv sərəncamının icrasından REPORTAJ"Humanizm siyasətinin bariz nümunəsidir” - Siyavuş Novruzov əfv sərəncamından DANIŞDIİlin sonunadək 3700 köçkün ailəsi yeni evlərə köçürüləcəkƏFVDƏN SONDA ATILACAQ DİGƏR ADDIMLAR...“Prezidentin bu addımı ölkədə ictimai barışı möhkəmləndirəcək” - DeputatPrezident İlham Əliyev xalq artistinə 3 otaqlı mənzil hədiyyə edib - AçıqlamaPREZİDENT ONLARI ƏFV ETDİ – Əli İnsanov və xeyli tanınmış şəxs azadlığa çıxdı + Tam siyahıMəşhur teleaparıcı Afaq Aslanı müdafiə etdi" ƏCƏB ELƏYİR.Müdafiə Nazirliyində NATO-nun ekspertlər qrupu ilə işçi görüşü olduQazaxdan Ermənistana keçən azərbaycanlını güllə ilə vurublar - RəsmiUşaqlara görə müavinətlər artırılır - Hansı ailələr bu artımdan yararlanacaq? + DETALLARİki Konstitusiya qanunu ləğv olunurNovruz Məmmədov satıcılarla bağlı ƏMR İMZALADI: Vəsiqə tələb edin!"Dövlət proqramının hazırlanmasına ciddi ehtiyac var" - Deputat hökumətə 7 təklif verdiOmbudsman Aparatının rəhbəri Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına üzv seçildiAzərbaycanda iki vəzifəli şəxs həbs olundu - RƏSMİSergey Lavrov Türkiyəyə gedirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüş keçirmişdirNazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcəkMərkəzi Bank faiz dərəcəsini endirdi - Qərarİlham Əliyev iranlı naziri qəbul edibBaş nazir hesabat üçün Milli Məclisə gəldi“Oba” marketdə satılan yumurtaya 1 gün sonranın istehsal tarixi yazılıbİcbari tibbi sığorta ilə bağlı pilot layihə uğurla nəticələnib1500-dən artıq məmur vəzifəsi boşdurBakıda yaşayış binasında YANĞIN - 10 nəfər təxliyə edildiAzTV müsabiqə elan etdiBu gün Azərbaycanın Respublikasının baş naziri Novruz Məmmədovun ad günüdürBu ölkədə amerikalı diplomat QALMADIGürcüstan prezidenti Yerevanda Azərbaycan torpaqlarının işğalından danışdı