Dovletxeberleri.Az
» » Qarabağ veteranları Ali Baş Komandana müraciət etdilər

11-03-2019, 19:30Qarabağ veteranları Ali Baş Komandana müraciət etdilər

Qarabağ veteranları Ali Baş Komandana müraciət etdilər

Qarabağ müharibəsinin veteranları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ediblər.

Məlumata görə, ümumilikdə 375 nəfərin imzaladığı müraciət Prezident Administrasiyasına göndərilib.


Müraciətdə deyilir:



“Möhtərəm cənab Prezident,


Dünya birliyində özünə layiqli yer tutan müstəqil Azərbaycan bu gün davamlı inkişaf və sabitlik məkanı, islahatçı ölkə kimi tanınır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf xəttini Siz müasir dövrün tələblərinə və zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirir və qətiyyətlə davam etdirirsiniz. Müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bir sıra inkişaf etmiş ölkələrin iqtisadi böhranın təsirindən hələ də çıxa bilmədiyi, dünyada müxtəlif xarakterli münaqişələrin ciddi fəsadlar törətdiyi bir vaxtda Azərbaycan təhlükəsizlik və əmin-amanlıq şəraitində özünün dinamik inkişaf yolu ilə uğurla irəli addımlayır.


Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı nailiyyətlərin miqyası çox genişdir. Bunlar Vətənə və xalqa böyük sevginizin, müstəqil dövlətçilik prinsiplərinə sədaqətinizin, fədakar quruculuq fəaliyyətinizin bariz təzahürləridir. Xalq Sizə inanır və etimad göstərir. Bizlər Sizi sevir və dəstəkləyirik. Siz dünyanın ən nüfuzlu kürsülərindən cəsarətlə öz sözünüzü deyir, Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirir, milli maraqlarımızı qoruyursunuz.


Müharibədən əziyyət çəkən insanlara, şəhid aiələrinə, əlillərə, qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğının dünyada misli-bərabəri yoxdur. Sizin təşəbbüsünüz və tapşırıqlarınız əsasında hər il bu kateqoriyadan olan minlərlə ailənin mənzil-məişət problemi həll edilir, onlara yeni evlər, mənzillər verilir. Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu işdə öz layiqli töhfələri vardır.


Azərbaycanın ərazi bütövlüyü məsələsinin həlli istiqamətindəki yorulmaz, qətiyyətli fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Bu sahədəki sülhpərvərliyiniz, münaqişənin dinc vasitələrlə həll etmək səyləriniz nə qədər vacib və əhəmiyyətli olsa da, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə ordumuzun hər an hazır olması, düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Bu gün Cocuq Mərcanlıda, Şıxarxda dinc həyatın bərpası məcburi köçkünlərimizin Qarabağın işğaldan azad ərazilərinə, doğma torpaqlara qayıdışının simvoldur.


Biz - bu müraciəti imzalayanlar - müharibə alovlarından keçmiş, torpaqlarımızın müdafiəsi üçün can qoymuş, döyüş təcrübəsi qazanmış keçmiş hərbçilər də Sizin əmrinizdəyik, Sizin komandanlığınlz altında Qarabağa zəfər yürüşündə iştirak etməyi arzulayırıq. Biz inanırıq, əminik ki, Sizin müdrik və cəsarətli addımlarınız öz nəticəsini verəcək, Azərbaycanın bütün tarixi ərazilərində dövlətimizin suverenliyi təmin ediləcək, onun hər bir guşəsində qələbə bayrağı ucaldılacaqdır.


Bu gün dövlətçiliyimizi təhdid etmək niyyəti olan heç bir qüvvə - nə daxildə, nə xaricdə - Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındaki birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz istiqlaliyyətinin, azadlığının qədrini bilən bizim kimi mlyonlarla vətənpərvər insan Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlkəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir.


Biz Sizə müraciət edərək bir daha bildiririk ki, xalqımızın müqddəs arzusu olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün bütün vətənpərvər qüvvələr Sizin ətrafınızda birləşiblər, Sizinlə birlikdədir!


Qarabağ müharibəsi veteranları adından:


Alman Abbasov - "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” Ictimai Birliyinin sədri

Elçin Rəfiyev - "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” Ictimai Birliyinin sədri, ehtiyatda olan baş leyenant

Taryel Qəhrəmanov - ehtiyatda olan polkovnik-leytenant

Camal Əhmədov - ehtiyatda olan polkovnik-leytenant

Azər Şəfiyev - ehtiyatda olan polkovnik-leytenant

Füzuli Rzayev - ehtiyatda olan mayor

Yasin Kərimov - ehtiyatda olan kapitan

Eyvaz Zeynalov - baş gizir

Eloğlu Əliyev - baş çavuş

Alı Rzayev - baş çavuş

Zamir Əliyev - cavuş

Sərxan Hətəmov - sıravi

Əbil Zeynalov - keçmiş batalyon komandiri

Cəbrayıl Quliyev - sıravi

Rəfayıl Abbasov – sıravi".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR