Dovletxeberleri.Az
» » Xocalıda insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib

25-02-2019, 07:39Xocalıda insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib

Xocalıda insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Dovletxeberleri.az xəbər verir ki, bəyanatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində jurnalistlər qarşısında oxuyub.



Bəyanatda bildirilir ki, Xocalı şəhərində 27 il bundan əvvəl ermənilər tərəfindən Türkiyə və Azərbaycan tarixinə qara gün kimi yazılan qanlı hadisə törədilib: “Keçmiş SSRİ-dən bölgədə qalan motoatıcı alayın tam dəstəyini alan ermənilər tərəfindən Dağlıq Qarabağda yerləşən və təxminən 7 min əhalisi olan və bölgədə strateji əhəmiyyət daşıyan Xocalı şəhəri blokadaya alınıb və şəhərdə insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib.



Hazırda saxta “soyqırımı” iddiası ilə Türkiyəni günahkar çıxarmağa çalışan Ermənistanın dövlət rəhbərlərinin təlimatı əsasında erməni terrorçuları silahsız mülki əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olub. Şəhərdə bir neçə gün qətliam, talan və təcavüz davam edib, 1275 nəfər əsir götürülüb.



Əsirlikdən möcüzə nəticəsində xilas olanların ifadələri dəhşətlidir. Şəhidlərin meyitlərinin təhqir olunması, eləcə də başlarının dərisinin soyulması, gözlərinin çıxarılması, əzalarının kəsilməsi halları baş verib.



Xocalıda törədilən soyqırımı və vəhşilik saxta “Böyük Ermənistan” ideologiyası çərçivəsində erməni diaspor təşkilatları və şovinist dairələrinin, həmçinin onların arxasında dayanan bəzi imperialist qüvvələrin birgə əməlidir. Bu soyqırımı törətməkdə məqsəd Qarabağ bölgəsini Azərbaycan türklərindən təmizləmək olub.



Xocalı faciəsi təsadüf nəticəsində baş verən cinayət deyil. Əksinə, illərdən bəri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədli və planlı soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu amansız və hiyləgər siyasət erməni diaspor və lobbiçi dairələrinin hərtərəfli dəstəyi, yardımı və təhriki ilə illərdən bəri həyata keçirilib”.



Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ərazisinin beşdəbiri təcavüzkar Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində müvəqqəti məskunlaşıb.



Beynəlxalq ictimaiyyət Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, torpağından, ev-eşiyindən didərgin salınmış soydaşlarımızın öz yurdlarına qayıtmasını və günahkarların cəzalandırılmasını tələb etməlidir.



Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımını törədənləri bir daha şiddətlə qınayır, şəhidlərə Allahdan rəhmət diləyir, bu acını yaşayan ailələrə və bütün Azərbaycan xalqına başsağlığı verir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR