Dovletxeberleri.Az
» » Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08

8-02-2019, 10:52Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08

Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08
2019-cu il 7 fevral tarixdə Laçın rayon sakinlərinin daha sıx şəkildə müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzdülər. Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində rayonun sosial-iqtisadi göstəricilərini özündə əks etdirən, rayonun təhsil,səhiyyə müəssisələrinə aid olan stendlərə baxış keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığı, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığı bildirilməklə, laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə də xeyli abadlıq və quruculuq işlərinin aparıldığı qeyd olunmuşdur.
Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 fevral 2018-ci il tarixdə imzaladığı “Ağdam, Laçın, Fizuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncamı ilə Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblərin quraşdırılması üçün həmin obaların ərazisində torpaq sahələri ayrılmış, qısa vaxt ərzində tikilib istifadəyə verilmiş, inventar və avadanlıqla təmin edilmişdir.
Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2018-ci il tarixdə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər“ haqqında Sərəncamında Taxta körpü qəsəbəsinin qazlaşdırılması, 9 aprel 2018-ci il tarixdə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ” Sərəncamında Taxta Körpü obalarında içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Qayğı qəsəbəsində 54 ailənin qaza olan tələbatını ödəmək məqsədi ilə 2000 metr daşıyıcı və 3000 metr isə məhəllə daxili xətt çəkilmiş, Ağcabədi şəhərini içməli su ilə təmin edəcək magistral su xəttindən 552 ailəlik qəsəbəyə 225 mm boru ilə 9000 metr su xətti çəkilmiş və əhalinin istifadəsinə verilmişdir.
Eyni zamanda diqqətə çatdırılmışdır ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 296 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir.
Hesabat dövründə Taxta Körpü ərazisində 27,2 kilometr uzunluğunda obalararası çınqıl örtüklü avtomobil yolunun təmir olunduğu, Taxta Körpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işlərinin görüldüyü, 21800 metr naqil xəttinin yenisi ilə əvəz olunduğu, obalarda 7 ədəd yeni transformatorun quraşdırıldığı, 36 ədəd müxtəlif gücə malik transformatorun cari, Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətlərinin əsaslı təmir edildiyi barədə geniş məlumat verilmişdir.
Həmçinin qeyd edilmişdir ki, laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2018-ci il ərzində laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 42 səyyar qəbul keçirilmiş, 2991 nəfərin iştirak etdiyi bu qəbullarda 425 nəfər rayon sakininin müraciəti dinlənilmişdir. Səyyar qəbullarda qaldırılan məsələlər ətraflı araşdırılmış, yerlərdə mümkün olan problemlərin həll olunması üçün aidiyyəti təşkilatlara göstərişlər verilmişdir.
Həmçinin bildirilmişdir ki, əhalinin su təminatını yaxşılaşdırmaq üçün 37 ailəlik qəsəbədə 900 p/m və 21 ailəlik qəsəbədə isə 150 p/m korroziyaya uğramış metal borular dəyişdirilərək 1050 p/m diametri 110 mm olan polipropilen boru xətti çəkilmişdir. Mişni, Qarıqışlaq nasos stansiyalarında təmir işləri aparılmış, Mişni-Mayis, Taxta körpü - Qarakeçdi, Kür çayı - Mişni magistral su xətlərində müxtəlif diametrlərdə olan boru xətlərinin 64 p/m, obalarda və qəsəbələrdə daxili su xətlərinin 1737 p/m hissəsi yenisi ilə əvəz olunmuş, 37 ailəlik qəsəbədə su sayğaclarının quraşdırılması təmin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailə 977 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılmış, Şeylanlı obasında bir ədəd artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilmişdir.
Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirdilər.
Çıxışlardan sonra yığıncaq iştirakçıları tərəfindən ərazidə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 855 ailəlik qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbəyə təsərrüfat suyunun çəkilməsi, Taxta Körpü - Mayis avtomobil yolunun 13 km-lik hissəsinə asfalt örtüyün döşənməsi, Taxta Körpü ərazisində melorasiya tədbirlərinin davam etdirilməsi kimi təkliflər səsləndirilmişdir.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış etdilər.
Sonda qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08
Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08
Laçın rayonu üzrə 2018-ci ildə görülmüş işlərin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir 2019-02-08
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar