Dovletxeberleri.Az
» » Prezident: “Qəzalı evlər ya bərpa ediləcək, ya da yenidən tikiləcək”

7-02-2019, 18:47Prezident: “Qəzalı evlər ya bərpa ediləcək, ya da yenidən tikiləcək”

Prezident: “Qəzalı evlər ya bərpa ediləcək, ya da yenidən tikiləcək”

Bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək.



Dovletxeberleri.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda sakinlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür”.

İlham Əliyev Şamaxıda dəfələrlə olduğunu bildirib: “Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq”.

Prezident vurğulayıb ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır:

“Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlamalıdır. Vəsait də ayrılacaq”.

Dövlət başçısı xatırladıb ki, bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı: “Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar