Dovletxeberleri.Az
» » Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...

7-02-2019, 12:09Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...

Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...

Bir gündə doğulan dörd Milli Qəhrəmanımız, bu gün onların doğum gündür. Moderator.az xəbər verir ki, 7 fevral tarixdə dörd şəhidimizin dünyaya gəlməsi ilə yadda qalıb. Haqqında danışdığımız Milli Qəhrəmanlarımızı təqdim edirik.

Firuddin Şamoyev, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi.
Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...
F.Şamoyev 1962-ci il fevralın 7-də Qazax rayonunda anadan olub. Orta təhsilini burada alıb. 1981-1983-cü illərdə hərbi xidmətini başa vurub. Erməni işğalçıların torplarımıza işğalçı təcavüzü Firuddini də narah edib. O, 1981-ci ildə könüllülərdən ibarət dəstəyə yazılır və hərbi hissəyə komandir təyin edilir. Firuddin Qazax rayonunun Bağanis, Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib. Döyüş meydanında ermənnilərin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edir. 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə Firuddin qəhrəmancasına şəhid olur. Şəhid Firuddin Şamoyev Qazax rayonundakı Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilib. Şəhidimiz ailəli idi və üç övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra “Azərbycanın Milli Qəhrəmanı” adı verilib. Qazax şəhərindəki 4 nömrəli orta məktəb də şəhidimizin adını daışıyır.

Nazim Quliyev, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...
Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonunun Örənqala kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə dözə bilməyən Nazim könüllü dəstələrdən birinin tərkibində döyüşlərə qatılır. O, 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonu istiqamətində rəşadətlə vuruşan Nazim onlarla yaralının və dinc sakinin təhlükəsizliyini təmin edir. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində xüsusi qəhrəmanlıq göstərir. 1992-ci il yanvarın 9-da Kovşar kəndi uğrunda gedən ağır döyüşlərdə 7 əsgərimiz mühasirəyə düşür. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir və ilk həmlədə düşmənin iki atəş nöqtəsini susdurur. Əsgərlərimiz və texnikalarımızı mühasirədən çıxarır. Lakin döyüş meydanında Nazim qəhrəmancasına şəhid olur. Şəhid Nazim Quliyev hazırda işğal altında olan rayonumuz Füzulidə son mənzilə yola salınıb. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Yuxarı Yağlavənd və Örənqala kənd orta məktəbləri şəhidimizin adını daşıyır. Şəhid Nazim Quliyev subay idi.

Nazim Babayev, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Nazim Babayev 1975-ci il fevralın 7-də Salyan rayonunda anadan olub. 1992-ci ildə Qaraçala kənd orta məktəbini bitirib. O, 1993-cü ildə Milli Orduya çağırılır. Nazim Babayev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşub. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstənin tərkisilah edilməsində iştirak edir. 1995-ci il martın 15-də Nazim Babayev qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Subay olan şəhidimiz Salyan rayon Qaraçala kənd qəbiristanlığında dəfn edilib. Salyan şəhətindəki mərkəzi parkda büstü qoyulub.


Nəhayət bu gün anadan olan Milli Qəhrəmanlarımızdan biri də qəhrəmanlığı ilə dillər əzbəri olan gizir Mübariz İbrahimovdur. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Bilsəuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə isə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyan Mübariz xidmətini gizir kimi davam etdirib. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Erməni hərbçilərinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Beş saat təkbaşına döyüşür. Qeyri-bərabər döyüşdə Mübariz qəhrəmancasına şəhid olur. Şəhidimizin cəsədi 141 gün düşmən tərəfində qalır. Noyabrın 6-da Mübarizin nəşi düşmən tərəfdən alınaraq İkinci Fəxri xiyabanda böyük izdihamla dəfn edilir. Prezident İlham Əliyevin sərəncamı ilə şəhid İbrahimov Mübariz Ağakərim oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏlihüseynBir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...
Bir gündə doğulan dörd Milli Qəhrəmanımız - Mübariz, Nazim, Firuddin...
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar