Dovletxeberleri.Az
» » Birinci vitse-prezident “Azərenerji” ASC-yə göstəriş verdi - İxtisara düşən işçilərlə bağlı

26-01-2019, 12:44Birinci vitse-prezident “Azərenerji” ASC-yə göstəriş verdi - İxtisara düşən işçilərlə bağlı

Birinci vitse-prezident “Azərenerji” ASC-yə göstəriş verdi - İxtisara düşən işçilərlə bağlı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə göstəriş verib.

2018-ci il dekabrın 13-də bir qrup şəxs "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubla müraciət edib.

Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib.

"Azərenerji” ASC tərəfindən "Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də "Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib /AZƏRTAC
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulurXatirə Fərəcli Dunya tv-nin qonağı olub .VİDEOMaaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQUƏhalinin gəlirləri 6%-dən çox artıb.99 dövlət əmlakı özəlləşmədə - VAXTMilli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedirBüdcədə 800 milyon manatdan çox qalıq YARANDIMehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLARSumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişiDeputat hesabat yığıncağında iştirak etdiPrezident Sumqayıtda yeni zavodu işə saldıErmənistan atəşkəsi 26 dəfə pozduMilli Məclis pensiyalarla bağlı qanuna dəyişiklik edirİlham Əliyev Sumqayıta gedirRüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLARTanınmış təşkilatçı Ramilə Sultan, "BANU" restoranında: Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Agazadənin sıģınacagında yaşayan, uşaqlar üçün möhtəşəm xeyriyyə təbiri təşkil etdi.Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMRBir şəklin tarixçəsi - “Yedi oğul”dan kimlər getdi, kimlər qaldı...Cəbhədə gərginlik davam edir - Müdafiə NazirliyiZakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdüYaşamaq deyilən buysaGəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLARLeyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTOTəqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidirBu gün Ermənilərin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötürCavid Qurbanovun müavini keçmiş nazir müavinin xaricdəki biznesinə yiyələnib - Sənədlər yayıldıCəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldıİlham Əliyev Rusiyada azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEOƏlilliyin müəyyən olunması meyarları dəyişdirilir - Nazir təfərrüatları açıqladıZiyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyadan bunu qızışdıran qüvvələr var”POLİSLƏR MƏKTƏBLİLƏRİN QONAĞI OLDUElmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşübPrezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAMDaha 318 şəhid vərəsəsinə 11 min manat veriləcəkBaş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar"İnternetdə təhqirlərin qarşısını almaq üçün tənzimləmə yolları tapılmalıdır" - Əli ƏhmədovƏr-arvad bir gecədə intihar etdi - Övladları olmurduBaytarlıq Xidməti xəstəliklərə görə toplandıCəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutulduNazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavabTramp Trükiyəyə yeni səfir təyin etdiAzərbaycan nefti bahalaşdıYüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEOVəzifəli şəxslərə güzəştlər tətbiq edilib - Baş nazirdən QƏRARYenidən vulkan püskürdü - ŞamaxıdaABŞ-da fövqəladə vəziyyət elan edildiLeyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLARAzərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaqPensiyaların iki aylıq artımla verilməsinə başlanılıb“Əmək pensiyaları haqqında” qanun dəyişir - Detallar