Dovletxeberleri.Az
» » Tufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMA

22-01-2019, 09:49Tufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMA

Tufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMA

17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub.
Xəbər verilir ki, bu barədə SOCAR-ın rəsmi sayıtnda məlumat yerləşdirilib.
Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.
Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir.
Bu ana qədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib.
Fəsadların qısa perspektivdə ümumi məhsul itkisinə və illik hasilat göstəricilərinə təsiri qiymətləndirilir və uzunmüddətli perspektivdə SOCAR-ın dənizdə aparılan neft-qaz əməliyyatlarında etibarlılığın və effektivliyinin artırılması məqsədi ilə öyrənilmiş dərslərdən nəticə çıxarılmaqdadır.
Əraziyə baxış keçirilərkən müəyyən edilib ki, "Neft Daşları” NQCİ-nin istehsalat ərazisində, "Palçıq-pilpiləsi” yatağında 1967-ci ildə istismara verilmiş 1047 saylı meydança çökmüş, Neft Daşlarının II, III və IV mədən ərazilərində meydançalararası yolun köhnə, istifadə olunmayan hissəsi dağılıb.
Nərimanov NQÇİ-də bəzi iş və məişət otaqlarının dam örtükləri külək nəticəsində dağılmış, 588 saylı meydançadan 730 saylı meydançaya gələn neft-qaz xətti yüngül zədələnmişdir. Digər yataqlarda belə hallar aşkar olunmayıb.
Hazırda tufan nəticəsində yaranan fəsadların aradan qaldırılması tədbirlərinə başlanıb.
Qeyd edək ki, yanvarın 17-dən 18-nə keçən gecə şiddətli qasırğa nəticəsində dənizdə küləyin sürəti saatda 140-150 km həddinə çatmış, dalğaların hündürlüyü bəzi yerlərdə 10 metrdən çox olmuşdur. Qasırğalı hava şəraiti ilə bağlı risklərin öncədən dəqiq qiymətləndirilməsi və genişmiqyaslı qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində insan tələfatının qarşısı alınmış, böyük iqtisadi itkilərə yol verilməmiş, gündəlik qaz təchizatında və neft emalı zavodlarının xammalla təminatında heç bir problem yaranmayıb.
SOCAR bundan sonra da hava şəraiti ilə bağlı verilən hava proqnozuna uyğun riskləri dəyərləndirəcək və vacib önləyici tədbirləri görəcəkdir
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov DYP-yə TAPŞIRIQ VERDİAŞ PA-nın nümayəndə heyəti sabah Azərbaycana gəlirİlham Əliyev İsveçrədə görüş keçirdiPrezident Davosda “Rossiya 1” telekanalına müsahibə verdiCəbhədə gərginlik - pulemyotlar işə düşdü20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban ƏliyevaPrezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım - VİDEOMSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb”Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVABİstanbulda 20 Yanvar şəhidləri yad edilibƏli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridirMahir Abbaszadə Laçın rayonu Quşçu kəndindən olan şəhidimiz Qüdrət İbrahimovun ailəsi ilə görüşüb19 yanvar şəhid baş-leytenant Fərid Əhmədovun doğum günüdür.“Minimum pensiya 230 manat ola bilər”Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdirErmənistan silahlı bölmələri atəşkəsi 23 dəfə pozubTahir Mirkişili seçicilərə HESABAT verdi - FOTOƏrdoğanla Merkel telefonla danışdı - Liviya məsələsinə görəRövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olduQənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir - FOTOLARÜlvi Quliyev 12 ölkənin 1000-dən artıq idmançısının qatıldığı beynəlxalq turnirdə - FOTOLAR20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir"MİLAN HOSPİTAL"ın mütəxəssi .EMA -Avropa Medikal Assosiasiyanın üzvü Dr.Həkim Vertebroloq Səriyye Hüseynova Onurğa problemləri üzrə mütəxəssisPaytaxt polisi uşaq evində azyaşlının döyülməsi ilə bağlı açıqlama yaydıMüəllimlərin işə qəbulunda YENİLİKBİZ SİZİNLƏ FƏXR EDİRİK MİLLƏTİMİN VƏKİLİAzay Quliyevin 4 illik fəaliyyətinə dair HESABAT. VİDEODünya İqtisadi Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi dərc edilibNazir əmr imzaladı - Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaqYeni Azərbaycan Partiyasının Laçını rayon təşkilatı Sumqayıt şəhərində məskunlaşan laçınlı seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.5 ədliyyə məmuru işdən çıxarıldı, 2 nəfərin işi prokurorluğa göndərildiBu ay pensiyalarda növbəti artım ediləcək - Nazirdən ŞAD XƏBƏRCəbhədə düşmən TƏXRİBATIİstanbulda: Uşaqlı analar gediş haqqı ödəməyəcəkXalq 20 Yanvar faciəsini necə xatırlayır? – VİDEO SORĞUQənirə Paşayeva seçicilərlə görüşdüAzərbaycanda dövlət idarəçiliyində kadr islahatları, gənc kadrların rolu və dövlətimizin qarşısında məhsuliyyətiVüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdiCeyhun Bayramovdan yeni TƏYİNATYasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Sovetski”də yaşayan sakinlərlə görüşüb.Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTOLaçın rayon Çıraqlı kənd tam orta məktəbində "Qanlı tarix" yad edildi..Mərkəzi Bankda daha 3 dəyişiklik - Yeni direktorlar təyin olunduDYP-nin mətbuat katibi dəyişdi - Polkovnikə yeni vəzifə verildiƏLİ ƏSƏDOV NAZİR və KOMİTƏ SƏDRLƏRİNİ TOPLADI - MüşavirəBakıda tikilən 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi — VAXT BİLİNDİBMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc edibLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bakı şəhərinin Binəqədi rayonunda keçirilmişdir.