Dovletxeberleri.Az
» » Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI

15-01-2019, 18:18Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI

Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.



Dovletxeberleri.az-ın məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.



Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA” jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol verib.



Şəxsi xarakterli mübahisələrinin həlli üçün jurnalist adından istifadəyə cəhd göstəriblər. “ARAMA” jurnalına MŞ adından ciddi xəbərdarlıq edilib.



Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, sayt əməkdaşları Fəridə Əzizova və onun qohumu

Aysel İsgəndərova barədə hazırlayıb yaydıqları xəbərlərdə ciddi xətalara yol veriblər. Belə ki, informasiya qondarma faktlar üzərində qurulub, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilməyib, qarşı tərəfin rəyi öyrənilməyib.



Sayt redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri, saytda təkzib verilməsi, narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq addımlar atılması yönündə rəy veriblər.

İclasda Vətəndaş Quliyev Şakir Sabir oğlunun və Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in professor-müəllimlərinin “Tezadlar.az” saytına qarşı şikayətləri də araşdırılıb. Komissiya üzvlərinə ünvanlanmış müraciətdə iddia olunub ki, saytda UNEC barədə qısa müddət ərzində 200-ə yaxın məqalə dərc edilib.



İddiada qeyd edilib ki, yayımlanmış məqalələrdə böhtan xarakterli məqamlar yer tutub, qarşı tərəfin rəyi isə öyrənilməyib, balans prinsipi pozulub.



Saytın baş redaktoru Asif Mərzili isə bildirib ki, hazırlanmış məqalələrdə balans prinsipinin qorunmasına, qarşı tərəfin mövqeyinin öyrənilməsinə cəhd göstərilib, amma qarşı tərəfdən cavab almaq mümkün olmayıb. Bununla yanaşı, Komissiya müəyyən edib ki, son vaxtlar “Tezadlar.az” saytı barədə MŞ-yə gələn şikayətlər intensivləşib, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) əksər prinsipləri pozulub. Asif Mərzili cavabında bildirib ki, bu şikayətlərin çoxu məqsədli şəkildə maraqlı şəxslər tərəfindən təşkil etdirilib. Komissiya üzvləri mübahisəli məqamların çoxluğunu, həm iddialarda, həm də verilən cavablarda boşluqların olduğunu, dəqiqləşdirilməyə ehtiyacın yarandığını nəzərə alaraq qərara gəliblər ki, qeyd edilən KİV-in fəaliyyətinin və şikayət doğuran materialların geniş araşdırılması üçün “Təzadlar” qəzeti və onun onlayn versiyası olan “Tezadlar.az” saytı üzrə materiallar MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına, monitorinq qrupuna yönləndirilsin.



Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Yusifova Gülnar Novruz qızı “Xeberman.com”, “Doqruxeber.com,” “Teref.az”, “Azadqadin.az” və “Xeberaz.az” saytlarına qarşı şikayətinin araşdırılması zamanı sayt təmsilçiləri bildiriblər ki, şikayətçidə narahatlıq doğuran “Beyləqan məktəbində rəzalət” adlı məqaləni digər KİV-ə istinadən yayıblar. Amma həmin KİV barədə məhkəmə hökmünün çıxarıldığını və məqalədə əks olunan detalların yanlışlığı barədə məlumatı aldıqdan sonra xəbərin yayımına xitam veriblər. Bu baxımdan mübahisə həll edilmiş sayılıb.



“Cənnət-M” MMC-nin direktoru Əhmədov Yaşar Misir oğlu və vətəndaş Əliyeva Zəminə Elman qızının “Olke.az” saytına qarşı müraciəti də araşdırılıb.



Müəyyən edilib ki, sayt əməkdaları şikayət doğuran materialı məhkəmə sənədləri əsasında hazırlasalar da, əlavə edilən faktlarda və jurnalist şərhində ciddi təhriflərə yol veriblər. Məqalədə adı keçən şəxslərin mövqeyinin öyrənilməməsi nəticəsində balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Komissiya qarşı tərəfə öz mövqeyini ifadə üçün şərait yaradılması, yanlış faktların aradan qaldırılması yönündə rəy verib.

Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI
Mətbuat Şurasında İCLAS: bu saytlara xəbərdarlıq edildi – SİYAHI
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU