Dovletxeberleri.Az
» » Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

13-01-2019, 16:35Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı
Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.



Dovletxeberleri.az xəbər verir ki, yanvar ayının 13-də II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev məzarı başında anılıb. Qəhrəmanın ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları İsrafil Şahverdiyevin məzarına gül dəstələri düzüblər.

Ziyarət iştirakçıları Milli Qəhrəmanın döyüş yolundan, onun torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar.

İsrafil Şahverdiyevin keçmiş döyüş yoldaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüblər. Onun əsl insan, komandir, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

İsrafil Şahverdiyevin 1991-ci ildə Qaladərəsi kəndinin ermənilərdən azad edilməsidə, Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi şücaətdən və "Horadiz əməliyyatı"nda onun və rotasının keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Anım tədbirində çıxış edən digər döyüş yoldaşları İsrafil Şahverdiyevin döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü bir döyüşçü olmsı və bugünkü gənclər üçün böyük örnək olduğu vurğulanıb.

Xatırladaq ki,İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almış, 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olmuşdur. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişdilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısı məhv edilmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmiş, əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada döyüşçü dostlarını xilas edən İsrafil həlak olmuşdur.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.
Allah rəhmət eləsin!
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə Paşayeva