Dovletxeberleri.Az
» » "Qarabağ" TV, MTRŞ-nın cavabı, bu da son...

12-01-2019, 11:43"Qarabağ" TV, MTRŞ-nın cavabı, bu da son...

"Qarabağ" TV, MTRŞ-nın cavabı, bu da son...
122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilən Flora Qasımova bir müddət əvvəl Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün “Qarabağ TV” yaradılması təşəbbüsü ilə çıxış edib.



Dovletxeberleri.az xəbər verir ki, deputat Flora Qasımova bildirmişdi ki, “Qarabağ TV” nin yaradılması onun arzusudur və bunun reallaşması üçün müvafiq qurumlarla əlaqələr yaradılmalı, perspektivlər öyrənilməlidir.



“Bunun reallaşması üçün müzakirələr aparılmalı, aidiyyəti təşkilatlarla əlaqələr qurulmalıdır, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən tezlik alınmalı, vəsait ayrılmalıdır. Mənim bir məqsədim var. Əgər həqiqətən də Dağlıq Qarabağdakı erməniləri Azərbaycan vətəndaşı hesab ediriksə, baxmayaraq ki, özləri belə demir, biz onlara Dağlıq Qarabağın tarixini, həqiqətlərini öz dillərində çatdırmalıyıq. Yaxşı haldır ki, AzTV və İctimai Televiziyada “Xəbərlər” proqramı ingiliscə, rusca da yayırlar. Amma yeni yetişən ermənilər bu dilləri bilmir. Ermənilər onların beyninə yeridir ki, Qarabağ əzəli olaraq onların torpağı olub. Biz isə öz-özümüzə danışırıq. Ölkə daxilində Qarabağ üçün telekanal yaradılmalıdır. Azərbaycanın inkişafını məhz ermənicə təqdim etməliyik. Çünki televiziya ən yaxşı təbliğat vasitəsidir. Kiminsə qəzet almaq, sayta daxil olmaq imkanı olmaya bilər. Amma televiziya hamının əli çatdığı təbliğat vasitəsidir”.



Flora Qasımova bu işdə hər kəsi birliyə çağırıb: “İşğal altında olan torpaqlar geri alınanda kimin ora getməyə mənəvi haqqı olacaq? Zənnimcə, bu suala cavab tapmaq üçün hər kəs öz-özünə hesabat verməlidir. Bu sual veriləndə nə qədər insan cavab verməyə hazır olacaq? Ən azı bunu düşünərək hər kəs əlindən gələni etməlidir”.



Milli Televiziya və Radio Şurasından isə deputat Flora Qasımovanın “Qarabağ TV” yaradılması ilə bağlı təklifinə belə cavab verilmişdi:

“Dövlət büdcəsindən maliyyələşən yayımçılar bu vəzifənin icrası ilə xüsusilə məşğuldurlar. Bundan başqa, bildiyiniz kimi, MTRŞ tərəfindən 2013-cü ildə “Caspian İnternational Broadcasting Company (CBC)” şirkətinə 6 illik lisenziya verilib. Bunun nəticəsində TV peyk vasitəsilə dünyanın müxtəlif ərazilərinə yayımlanır və ölkə həqiqətlərinin, milli mədəni irsimizin, o cümlədən Qarabağ həqiqətlərinin müxtəlif xarici dillərdə dünyaya çatdırılmasına öz töhfəsini verir”.



Xatırladaq ki, ermənilər İstanbulda yeni "Luys"adlı telekanal açırlar
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qəlbi Azərbaycanla döyünən Türkiyəli şair Fesih AliooğluErmənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparırOrdumuzun bir hərbçisi həlak oldu“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail olduPrezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.