Dovletxeberleri.Az
» » Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub

24-12-2018, 16:56Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub

Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub]Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasındakı dosluq və qardaşlıq münasibətlərindən söz açılıb, mövcud əlaqələrin günü-gündən daha da möhkəmləndiyi diqqətə çatdırılıb.



Dovletxeberleri.az xəbər verir ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələrinin sarsılmaz təməl üzərində qurulduğu, bu münasibətlərin hər zaman başqa dövlətlərə nümunə olduğu dilə gətirilib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Bu münasibətlərin genişləndirilməsində Gəncə də əhəmiyyətli rola malikdir. Son vaxtlar Gəncədə xarici sahibkarlar, o cümlədən qardaş Türkiyənin iş adamları üçün əlverişli şərait və geniş imkanlar yaradılıb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət - iki dövlət" prinsipinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

****

Daha sonra Gəncədə şəhər icra hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə əlillərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və şəhər ictamaiyyəti iştirak edib.

Sərgidə 10-a yaxın istedadlı əlilin 100-ə yaxın əl işi sərgilənib. Nümayiş olunan əl işləri sırasında Azərbaycanın tarixini, bu gününü, milli mənəvi dəyərlərini özündən əks etdirən müxtəlif rəsm əsərləri, dekorativ tətbiqi sənət və toxuculuq nümunələri yer alıb.

Təşkil olunan satış-sərgi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və maddi rifah halının yaxşılaşmasına dəstək olmaq məqsədi daşıyıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral adından sərgi iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.



****

Gəncə Şəhər Uşaq Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil edilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Gəncə Uşaq Evinin sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub. Uşaq evinin sakinləri tədbiri " Cırtdanın Yeni il sərgüzəştləri " adlı səhnəciklə açıblar. Şaxta Baba və Qar qızın tədbirə qatılması bayram şənliyini daha da maraqlı edib. Balaca fidanlar milli və xarici musiqilərin fonunda çıxış edib, müxtəlif rəqs nümunələri nümayiş etdirib, şeir parçaları səsləndiriblər.

Bədii hissədən sonra uşaqlar üçün bayram süfrəsi açılıb, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Uşaq Evinin sakinlərinə müxtəlif bayram hədiyyələri təqdim edilib.
Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub
Türkiyənin Azərbaycandakı səfiri Gəncədə olub
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib