Dovletxeberleri.Az
» » QHT-lər üçün daha bir YENİLİK - “E-növbə” xidməti nədir? - ŞƏRH

22-12-2018, 08:04QHT-lər üçün daha bir YENİLİK - “E-növbə” xidməti nədir? - ŞƏRH

QHT-lər üçün daha bir YENİLİK - “E-növbə” xidməti nədir? - ŞƏRH
Elməddin Behbud,
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri

İki gün öncə biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildən etibarən tətbiq edəcəyi yeni elektron xidmətlərdən birini – ölkəmizdə ilk dəfə istifadə olunacaq "Vətəndaşların layihələrin qiymətləndirilməsi” proqramını müzakirə etdik. Fikir mübadiləsinə qatılan və maraqlı təkliflərlə çıxış edən dostlarımıza bir daha təşəkkür edirəm. Biləsiniz ki, müzakirələr zamanı verilən hər bir təklif Şurada diqqətlə araşdırılır və ictimai faydalılığı olduğu halda proqramın daha da təkmilləşdirilməsi məqsədilə nəzərə alınır.

İndi isə Şuranın gələn il ilk dəfə tətbiq edəcəyi daha bir elektron xidməti sizin müzakirənizə təqdim etmək istəyirəm. Bu "müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və “E-növbə” xidmətidir.

Bildiyiniz kimi, indiyədək QHT-lər qrant müqaviləsinin bağlanması üçün razılaşdırılması nəzərdə tutulan sənədləri e-mail vasitəsilə Şuraya göndərirdilər. Müqavilə bağlanması prosesi isə tərəflər üçün münasib olan vaxt çərçivəsində tənzimlənmirdi. Bu da bəzən növbələrin yaranmasına və müqavilə bağlanması prosesinin uzanmasına səbəb olurdu.
Haqqında danışdığım bu yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılmasını və bu mərhələ başa çatdıqdan sonra müqavilə imzalanması üçün vaxtı “E-növbə” xidməti vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi imkanını təmin edəcək.
Bu iki elektron xidmətlə bağlı meydana çıxan sualları ümumiləşdirərək onun 2 başlıca üstünlüyünü diqqətinizə çatdırmaq istəyirəm:

1. Minimum təmas, maksimum kommunikasiya rahatlığı

Bildiyimiz kimi indiyədək müsabiqə qalibi olan QHT-lər qrant müqaviləsinin bağlanması üçün razılaşdırılması nəzərdə tutulan sənədləri e-mail vasitəsilə Şuraya göndərirdilər. Bu zaman təqdim olunan yeni sənədlərlə QHT-lərin müsabiqə dövründə Şuranın elektron bazasında (e-ərizə) daxil etdiyi sənədlər arasında müəyyən uyğunsuzluq əmələ gəlirdi. Buna görə QHT-lər layihə üzərində əlavə iş aparmağa məcbur olurdu. Yeni elektron tətbiqdən sonra isə QHT-lər bu dəyişiklikləri Şuranın elektron bazası üzərində aparmaq imkanına malik olacaqlar.
İndiyədək müqavilə bağlanması üçün QHT-lərin Şuraya dəvət olunmasını Katiblik əməkdaşları həyata keçirirdi. Bəzən isə QHT-lər müqavilə imzalamaq üçün üçün heç bir xəbərdarlıq etmədən özləri Şuraya gəlirdilər. Bu da növbələrin yaranmasına və vaxt itkisinə səbəb olurdu. Tətbiq olunacaq yeni elektron xidmət isə QHT-lərə bu vaxtı özünün müəyyən etməsinə imkan verəcək. QHT proqrama daxil olmaqla ayın tarixlərini və hələ tutulmamış, sərbəst saatları görə biləcək. Beləliklə, QHT nümayəndəsi Şuraya gəlmək üçün istədiyi dəqiq tarixi və vaxtı rahat şəkildə seçərək vaxtına qənaət edəcək.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Əvvəllər QHT müqavilə bağlanması üçün bütün sənədləri hazırladıqdan sonra Şuraya dəvət olunurdu və Katiblik əməkdaşı QHT-nin iştirakı ilə müqaviləni tərtib edirdi. QHT bundan sonra sənədi imzalayırdı. Yeni xidmətin tətbiqiylə bu sahədə də ciddi dəyişiklik olunacaq. QHT proqram vasitəsilə müvafiq sənədləri razılaşdırdıqdan sonra Katiblik əməkdaşı müqaviləni QHT nümayəndəsinin iştirakı olmadan hazırlayacaq. İmzalanmaq üçün hazır olan bütün müqavilələr bir masanın üzərinə qoyulacaq. Katibliyin bir nəfər əməkdaşı isə müqavilələrin imzalanması prosesinə yalnız texniki nəzarəti həyata keçirəcək. QHT Şura Katibliyinə gələrək müəyyən olunmuş yerdən müqaviləni götürərək onu imzalayacaq. QHT-lərin imzaladığı müqavilələr Şura Katibliyinin icraçı direktoru tərəfindən imzalandıqdan sonra yenidən həmin masaya qoyulacaq. QHT layihənin qeydə alınması barədə bildiriş üçün Şuraya gəldikdə qrant müqaviləsinin də bir nüsxəsini özüylə götürəcək. Bununla da Katiblik əməkdaşları ilə canlı təmas tamamilə aradan qalxacaq və müqavilələrin bağlanması prosesində nəzəri cəhətdən mümkün subyektiv amillər aradan qalxacaq.

2. Müqavilə bağlanması prosesinin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsi

Müqavilə bağlanması üçün sənədlərin Şura ilə razılaşdırılmasında Katibliyin iki əməkdaşı (proqram üzrə nəzarətçi və mühasib) iştirak edir. Katibliyin hər iki əməkdaşı ayrılıqda müvafiq təlimatları QHT-yə elektron poçt vasitəsilə göndərərək razılaşdırırdılar. Bu da Katiblik əməkdaşlarına layihə sənədlərində QHT-nin apardığı düzəlişlərin izlənməsinə çətinliklər yaradırdı. Tətbiq olunacaq yeni proqramda isə Şura Katibliyinin proqram üzrə nəzarətçisi və mühasibinin göndərdiyi bütün təlimatlar, eləcə də QHT-nin bununla bağlı yazdığı cavablar “vahid pəncərə”də görünəcək.

Göründüyü kimi bu xidmətin tətbiqi də müqavilənin bağlanması mərhələsində operativliyin artırılmasını, QHT-lərə daha keyfiyyətli xidmətin göstərilməsini təmin edəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib