Dovletxeberleri.Az
» » Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı - TƏCİLİ

19-12-2018, 18:31Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı - TƏCİLİ

Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı - TƏCİLİ
Sabah - dekabrın 20-də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçiriləcək. Bu haqda Modern.az məlumat verən İcmanın üzvü Elçin Əhmədov toplantıda bir sıra məsələlərə baxılacağını desə də, geniş açıqlama verməyib.

DovletXeberleri.az-ın əldə etdiyi məlumata görə, qurultayda təşkilati məsələlər də gündəmdə olacaq. Belə ki, icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə olduVilayət Eyvazov rəisi təqaüdə göndərdi - Yeni təyinatGəncənin icra başçısı sakinləri narahat edən məsələləri dinləyibNazir rektorlara tapşırıq verdi: Ödənişli tələbələrə şərait yaradın!Çempionlar Liqasında bütün “pley-off”çular bəlli oldu - NƏTİCƏLƏRElinanın anası icra başçısının müavini ilə üzləşdirildiQurban Qurbanovdan vacib oyunla bağlı son tapşırıqlarİkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcəkHeydər Əliyev Fondu 70 minə yaxın ailəyə qurban payı çatdıracaqQHT Şurası Katibliyi işçilərinin maaşı artırıldıBu gün Azərbaycanda Qurban bayramı qeyd olunurYAP-çı deputatlar Xaçmaza getdilərPutinin jurnalisti Qarabağ separatizminə açıq dəstək verir - FOTOPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib