Dovletxeberleri.Az
» » Ali Məhkəmədən 1%-lik nağdlaşdırma vergisi ilə bağlı ŞOK QƏRAR

5-12-2018, 09:16Ali Məhkəmədən 1%-lik nağdlaşdırma vergisi ilə bağlı ŞOK QƏRAR

Ali Məhkəmədən 1%-lik nağdlaşdırma vergisi ilə bağlı ŞOK QƏRAR
Tanınmış hüquqşünas Əkrəm Həsənov 1%-lik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda məhkəmə çəkişmələri haqda məlumat verib.

Xəbər verilir ki, Ə.Həsənovun sözlərinə görə, 1%-lik nağdlaşdırma vergisinin tutulması absurddur. O, bildirib ki, tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya ötən ilin əvvəlindən başlayıb.


“Xatırladıram ki, ötən il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi. Bu ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul emişdi.

Gözlənildiyi kimi, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyəti üzrə baxmaq əvəzinə, iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin bu günlərdə Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etdi və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytardı”.


Ə.Həsənov deyib ki, mübarizə yenə davam edir və Vergilər Nazirliyi onun xeyrinə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur.


“Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. İkinci dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur.


Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsindən hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir.
Eyni zamanda xanım hakimlərimizin (Nigar Rəsulbəyova, Şərafət Məmmədova və Sevda Hüseynova) ədalətli mövqeyini vurğulalamaq istəyirəm. Məhz bu xanımlar iş üzrə xeyrimə (son nəticədə isə nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması istiqamətində) qərarlar vermişlər!”,-deyə hüquqşünas bildirib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq