Dovletxeberleri.Az
» » ATƏT sədrinin səhra köməkçiləri Beyləqanda köçkün qəsəbəsinə getdilər

4-12-2018, 18:37ATƏT sədrinin səhra köməkçiləri Beyləqanda köçkün qəsəbəsinə getdilər

ATƏT sədrinin səhra köməkçiləri Beyləqanda köçkün qəsəbəsinə getdilər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri SymonTyler və Oqnyen Yoviç dekabrın 4-də xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.



Dovletxeberleri.az-ın məlumatına görə, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları səmimi qarşılayaraq, onları Qarabağda, öz doğma yurdlarında salamlayacağına ümid etdiyini bildirib. Eyvaz Hüseynov qeyd edib ki, ATƏT tərəfindən heç bir addım atılmır buna görə biz ATƏT-ə olan ümidimizi itirmişik. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon 300 min insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir.



Rayon icra hakimiyyətinin başçısı münaqişənin tarixi köklərinə nəzər salıb, işğal edilmiş torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən qanlı soyqırımı aktlarının törədildiyini, etnik təmizləmə aparıldığını diqqətə çatdırıb.



“Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin problemlə bağlı fəaliyyətlərinin heç bir real nəticəsi yoxdur. Nə qədər ki, Avropa dövlətləri erməni yalanlarına inanır, bəzən ona dəstək verir, vəziyyət daha da gərginləşir. Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. İstəyirik ki, işğal edilmiş torpaqlarımız danışıqlar yolu ilə qaytarılsın. Lakin erməni tərəfi danışıqları uzadır, torpaqlarımızı işğal altında saxlayır. Lakin bütün dünya bilsin ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun öz ərazi bütövlüyünü təmin edəcək” - deyə E.Hüseynov bildirib.



Daha sonra bölgədəki vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən icra hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda intensiv xarakter daşıdığını bildirib. Hərbçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülki şəxslərin, onlara məxsus avtomobillərin, mal-qaranın Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb.



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq