Dovletxeberleri.Az
» » Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR

3-12-2018, 19:50Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR

Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb.



DovletXeberleri.azLeyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR
Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR
Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR
Leyla Əliyeva X Ümumrespublika Yaradıcılıq Sərgi-Yarmarkasının açılışında iştirak edib - FOTOLAR xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb.



Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.



Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sərgi barədə ətraflı məlumat verib. Bildirilib ki, üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.



Leyla Əliyeva əl işlərinin müəllifləri olan fiziki məhdudiyyətli şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib.



S.Babayev əlilliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictimaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını vurğulayıb. O, 1998-ci il noyabrın 30-da əlilliyi olan şəxslərin ilk ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun tədbirində Ulu Öndərin dediyi bu sözləri xatırladıb: “Hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq”. Bu, ötən dövrdə dövlətimizin sosial siyasətində öz əməli təsdiqini tapıb. Prezident İlham Əliyevin xüsusi qayğısı ümumən fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsində, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsində əhəmiyyətli addımların atılmasına imkan yaradıb.



Beynəlxalq Əlillər Gününün cari ildəki mövzusunun “Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin edilməsi” olduğunu qeyd edən nazir bu gün əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını deyib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən nəcib və xoşməramlı layihə və təşəbbüslərinin digər həssas qruplarla yanaşı, əlilliyi olan insanları da əhatə etdiyini vurğulayıb. S.Babayev Heydər Əliyev Fondunun fiziki məhdudiyyətli insanların sosial reabilitasiyası işlərinə dəstək tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.



Nazir BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq ölkəmizdə müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. Bu məqsədlə yeni qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun fiziki məhdudiyyətli insanlarla bağlı mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmaları əks etdirdiyini bildirib.



Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, təmsil etdiyi qurum tərəfindən Beynəlxalq Əlillər Gününün təsis edilməsində əsas məqsəd bu kateqoriyadan olan insanlara cəmiyyətin diqqətinin artırılmasıdır. O, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan Azərbaycanda bu sənəddən irəli gələn öhdəliklərin icrası, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd edib.



Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri, xalçaçı-rəssam, əl işlərinin qiymətləndirilməsi üzrə münsiflər heyətinin sədri Məmmədhüseyn Hüseynov fiziki məhdudiyyətli şəxslərin hər birinin müsabiqədə qələbəyə layiq olduğunu, qalibləri müəyyənləşdirərkən çətinlik çəkdiklərini bildirib.



Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.



Sərgi-yarmarka çərçivəsində, həmçinin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.


Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloqLeyla Əliyeva Heydər Əliyevi yad etdiRusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdüGələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq -CƏDVƏLİntihar xəbəri yayılan Baş nazirin sabiq bininci müavini danışdı: "Bu, kiməsə əsas vermir ki..."İlham Əliyev ailə üzvləri ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLARGəncə sakinləri Heydər Əliyevin xatirəsini yad etdilər