Dovletxeberleri.Az
» » Əbülfəs Qarayev müşavirə keçirdi +FOTOLAR

30-11-2018, 17:31Əbülfəs Qarayev müşavirə keçirdi +FOTOLAR

Əbülfəs Qarayev müşavirə keçirdi +FOTOLAR
Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirildi. Müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisləri, nümayəndələri iştirak edirdi.



DovletXeberleri.az xəbər verir ki, müşavirədə çıxış edən Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışdı. Vurğuladı ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib.

Nazir bildirdi ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur:

“Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və “Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edildi”.

Diqqətə çatdırıldı ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri – Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Nazir vurğuladı ki, bu sahədə həyata keçirilən tədbirlər qarşıdakı illərdə davam etdiriləcək və xalqımızın digər mədəni irs nümunələri də UNESCO-nun müvafiq siyahılarında yer alacaq.

Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Əbülfəs Qarayev bildirdi ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək. Ölkəmizin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik. Bu işə gənc nəslin, müasir üslubları tətbiq edə biləcək kadrların cəlb olunmasına xüsusilə diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də media orqanlarında daha geniş işıqlandırılması olduqca vacibdir.

Sonra Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli “Regional idarələrin fəaliyyəti: nailiyyətlər, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, nazirliyin regional idarələrinin yaradılmasından iki il ötür. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində yerlərdə mədəniyyət sahəsində idarəçiliyin təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə olunması ilə bağlı bir sıra müsbət nəticələr əldə edilib. Şöbə müdiri həmçinin problemlər və qarşıda duran vəzifələr haqqında da geniş məlumat verdi. İxtisaslı kadrlar, ödənişli xidmətlərin təşkili, əməkdaşların təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi kimi məsələlərə toxundu.

Müşavirədə daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və digərləri çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat verdilər. Qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri addımlardan danışıldı.

Müşavirəyə yekun vuran nazir Əbülfəs Qarayev regional idarələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, müşavirə Gəncə, Sumqayıt, İsmayıllı, Xaçmaz və Horadizdəki mədəniyyət müəssisələri ilə videobağlantı vasitəsilə canlı yayımlanıb.
Əbülfəs Qarayev müşavirə keçirdi +FOTOLAR
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq