Dovletxeberleri.Az
» » Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE

16-11-2018, 19:46Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib.



Bu hada məlumatı Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.


Bəs rektor vəzifəsinin icraçısı olan İradə Əliyeva kimdir?

DovletXeberleri.az saytı onun tərcümeyi-halını təqdim edir:



İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutuna işə göndərilib.


İradə Əliyeva 1981-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutunda böyük laborant işləyib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının əyani aspiranturasına daxil olub və 1986-cı ildə namizədlik dissertasiyası müdafiə edib.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Molekulyar Biofizika Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi, 1992-1995-ci illərdə elmi işçisi, 1995-1997-ci illərdə böyük elmi işçisi, 1997-2002-ci illərdə aparıcı elmi işçisi, 2002-2006-cı illərdə baş elmi işçisi olub.

2002-2006-cı illərdə BDU-nun Fizika problemləri elmi-tədqiqat institutunun Nəzəri fizika şöbəsinin baş elmi işçi, 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Elmi tədqiqat hissəsinin rəisi işləyib.

26.05.2011-ci il tarixindən Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışır.

2000-ci ildə Biofizika ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün “Bioloji sistemlərdə üzvi və qeyri-üzvi təbiətli ionları bağlayan maddələrin quruluş-funksiya xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2006-cı ildə Biofizika ixtisası üzrə professor elmi adı alıb.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu il oktyabr ayının 30-da Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Tanınmış prodüsser-rejissor Minarə Əskərova beyin əmməliyatı olunmalıdırSahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncamRövşən Rzayev məcburi köçkünlərlə görüşdüAnkarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLARKonstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİQənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülübAMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar“Milan” klubu cəzalandırıldıİlham Əliyev və Birinci xanım Tahir Salahovun 90 illik yubiley sərgisində - FOTOLARXələf Xələfov yeni vəzifədə nə iş görəcək?Prezident rektorlarla bağlı fərman imzaladıSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib - FOTOLAR.VİDEOKənd Təsərrüfatı Nazirliyi ilə bağlı YENİ FƏRMANNazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldıAzərbaycanda yeni qurum yaradıldıBərdə rayonunun Təhlə məcburi köçkün qəsəbəsində laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşübBaş nazir Maliyyə Sabitliyi Şurasının iclasını keçirdi"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"Dövlət qurumunun normativ aktları ilə bağlı qaydalar təsdiqləndiИдеи Гейдара Алиева будут жить, пока существует АзербайджанErmənstan atəşkəsi 26 dəfə pozduABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqləndi"Qarabağ" son oyunda "Arsenal"a məğlub olduBakıdakı lift qəzasına görə daha bir nəfər həbs edildiNovruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdiRəşad Məciddən maraqlı AÇIQLAMA: “Qələmsizlər...”Texniki Universitetin 15 tələbəsinin təhsilhaqqını Gənclər Fondu ödəyəcək - SİYAHIİlham Əliyev: “2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik”Xanım prezidentin andiçməsinə 1800 qonaq qatılacaqSəbailin icra başçısı köhnə müavini işdən azad etdi, yenisini gətirdi - TƏYİNATİlham Əliyev Xələf Xələfovu İŞDƏN ÇIXARTDITamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilibXətai rayonunun icra başçısı işdən çıxarılıbBankların dollarla kredit verməsi məhdudlaşdırıldı – 3 halda veriləcəkÖzəl klinikalarda şok qanunsuzluq - Nazirlik açıqladı: 231 milyon manat gizlədilibİlham Əliyev Ərdoğana başsağlığı verdi"2018 Hərəkatı” ulu öndər Heydər Əliyevin xatirəsini anıb - FOTOLARDaha 1509 şəhid ailəsinə birdəfəlik ödəmə veriləcəkErmənistan rəsmisi Bakıya gəlirAzərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİLavrov bu gün Bakıya gəlirAzərbaycanda AES tikilə bilərBu gün hava necə olacaq?Günün qoroskopu: ailədə problemlər yaranacaq...Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU“Azərbaycan Dəmir Yolları” QSC-yə səlahiyət verildi - Baş nazirdən qərarManat günə bu MƏZƏNNƏ ilə başladıƏli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"Paşinyan ətraf rayonları qaytaracaq, Qarabağa iki dəhliz və aralıq status əldə edəcək..." - Rus politoloq