Dovletxeberleri.Az
» » 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

8-11-2018, 18:409 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir
08 noyabr 2018-ci il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə ərazidəki fəaliyyət göstərən rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin Dövlət Bayrağı Günü ilə bağlı Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Dövlət Bayrağının ətrafına yürüşü təşkil edilmiş sonra isə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Laçın qərargahında davam etdirilmişdir.
9 noyabr Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildiyini, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu, eyni zamanda müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğunu bildirmişdir. Həmçinin o bildirmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Tədbirdə digər çıxış edənlər Rayon Rabitə Qovşağının rəisi Tahir Bayramov, Ağcabədi Regional Mədəniyyət və Turizm idarəsinin Laçın rayonu üzrə nümayəndəsi Asif Əliyev, Laçın Rayon Təhsil şöbəsinin məsul işçisi Zakir Orucov Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını xüsusilə vurğulamışlar. Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü elan olunmaqla, bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.

Dovletxeberleri.az
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ Senatı “soyqırımı”ı tanımadı – Ermənilərin ümidləri puç olduAbşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildiXəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQNazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdiƏli Əsədov londonda: Baronessa Emma Nikolson ilə görüş olubAzərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi açdıErməni snayperlər mövqelərimizi atəşə tutduOqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıbBələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatırPrezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAMSumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAMBu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAMPrezident Sumqayıtla bağlı üç sərəncam imzaladıPrezident Zakir Fərəcovu ordenlə təltif etdiSəlim Müslümovun daha bir dayısı işdən çıxarıldı - Nöqsanlara görəİCRA BAŞÇISI 250 MİNƏ YENİ MAŞIN ALIB - FOTOLARMehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOPrezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edibSumqayıtın şəhər statusu almasının 70 illik yubileyi münasibəti ilə möhtəşəm şəhər tədbiri keçirilibATƏT sədri Azərbaycana gəlirFərid Şəfiyev: “Dağlıq Qarabağ ermənilərin son arzusu deyil”Yeni Azərbaycan Partiyası 27 yaşına çatdıYeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi qeyd olunmuşdurLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiAzərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıbTürkiyəli həkimlər Oqtay Gülalıyevi ƏMƏLİYYAT ETDİLƏRBaş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYAMehriban Əliyeva Dmitri Medvedevlə görüşəcəkPrezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAMBu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıbMikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcəkPrezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? - Bankdan AÇIQLAMAAğcabədi rayon Mədəniyyət və Turizim idarəsinin tabeçiliyində fəaliyyət göstərən Mirik kənd klubunun heç bir fəaliyyəti yoxdurRamiz Mehdiyev Mirzə Cəlilin nəticəsinə hədiyyə verdi - FOTOLARLeyla Əliyevanın iştirakı ilə Atatürk parkına 10 tutuquşu buraxıldı - FOTO"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiriAzərbaycanın rəsmi şəxslərinin həlak olduğu Qarakənd faciəsindən 28 il ötürMilli Qəhrəmanın “sonuncu zəngi” - Arzuları ürəyində qalan HƏRBÇİ80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt"Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - PrezidentMəcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTONovruz Məmmədov prorektor TƏYİN OLUNDUPrezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edibEldar Əzizov direktoru işdən çıxardı - Meriyada yeni təyinat“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıMilli Məclis 21 məsələyə görə iclas çağırdı - SİYAHINovruz Məmmədov bu universitetə prorektor GƏTİRİLİR - EKSKLÜZİVQarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedib