Dovletxeberleri.Az
» » 5 hakimin səlahiyyətinə xitam, birinə töhmət verildi, 1-i isə azad olundu - SİYAHI

9-10-2018, 15:305 hakimin səlahiyyətinə xitam, birinə töhmət verildi, 1-i isə azad olundu - SİYAHI

5 hakimin səlahiyyətinə xitam, birinə töhmət verildi, 1-i isə azad olundu - SİYAHI
Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Dovletxeberleri.az Şuraya istinadən bildirir ki, iclasda çıxış edən Şuranın sədri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlərə toxunaraq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin Avropada nümunə kimi göstərilən şəffaf seçiminin həyata keçirilməsi, insanların məhkəmələrə müraciət imkanlarının asanlaşması, o cümlədən «elektron məhkəmə» informasiya sisteminin və yeni məhkəmə infrastrukturunun yaradılması üzrə əməli tədbirləri qeyd edib.

İclasda dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər diqqətə çatdılıb, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb.

Məhkəmə fəaliyyətində mövcud nöqsanların aradan qaldırılması üçün əlavə təsirli qəti tədbirlərin görülməsi, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən kobud qanun pozuntuları, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilib.

Qeyd edilib ki, məhkəmə hakimiyyətinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınıraq 800-dən çox hakimliyə namizədlə tam şəffaf şəraitdə müsabiqə keçirilib. Onlardan 108 nəfəri müsabiqəni, o cümlədən çoxmərhələli imtahanları və bir il müddətində davam etmiş təlim kurslarını, məhkəmələrdə, habelə Ankarada və Strasburqda–Avropa Məhkəməsində stajkeçməni uğurla başa vurub.

Hakimliyə namizədlərin seçim qaydasına müvafiq olaraq Məhkəmə-Hüquq Şurasında həmin namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxılmış, onların ixtisaslaşmasının aparılması məqsədilə hər biri ilə fərdi qaydada söhbətlərin keçirilməsinə başlanılıb.

Bildirilib ki, bu hakimliyə namizədlər hesabına məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyətinin komplektləşdirilməsi hakimlərin iş yükünün xeyli azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına və süründürməçilik hallarının aradan qaldırılmasına xidmət edəcək.

İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib.

Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcəkƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdAnkara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMAErmənilər cəbhədə təxribatlara davam edirSəfər Mehdiyev özünü öldürmək istəyən sahibkara nə deyib? - 16 gömrükçü işdən azad edilibZakir Fərəcov Çinə işgüzar səfərə gedirAzərbaycan yığması Slovakiyaya qalib gəldiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏKƏli Həsənov Türkiyə PA-nın nümayəndəsi ilə görüşdüABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlirİlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - YENİLƏNİBBakıdakı Patruşev-Usubov danışıqlarının təfərrüatları“İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” - Leyla AbdullayevaAzərbaycan və İranın Ukraynadakı səfirləri görüşdüDeputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər