Dovletxeberleri.Az
» » Səbaildə icra başçısını xanım müavin əvəz edir

17-07-2018, 09:54Səbaildə icra başçısını xanım müavin əvəz edir

Səbaildə icra başçısını xanım müavin əvəz edir
Xəbər verdiyimiz kimi, Bakının Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova dünən yeni vəzifə verilib. Prezident İlham Əliyevin sərəncamı ilə o, Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamla Eldar Əzizov Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini təyin olunub.

Hazırda BŞİH-nin başçısı postu boş olduğu üçün E.Əzizov birinci müavin kimi həm də şəhər meri səlahiyyətini icra edəcək.



Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov bu ilin aprelində Baş nazirin müavini vəzifəsinə aparılıb.


Bəs Eldar Əzizovu Səbaildə kim əvəz edir? Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda icra başçısı səlahiyyətlərini 1-ci müavin Xalidə Bayramova icra edir.


Qeyd edək ki, Xalidə Bayramova 12 ildən çoxdur Səbail Rayon İcra Hakimiyyətində rəhbər vəzifədə çalışır. O, 14 fevral 2006-ci il tarixində Səbail rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 11 iyul 2007-ci il tarixində isə başçının 1-ci müavini vəzifəsinə təyin edilib.

X.Bayramova 2011-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə Bakı şəhər 4 saylı İnternat məktəbində başlayıb, sonradan ixtisası üzrə «Azərittifaq»ın Ticarət bazasında, Tələbə və Məktəbli İaşə Trestində, «Morel Trade LLC» şirkətində, 2001-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin «Gömrük işinin təşkili» kafedrasında böyük laborant, kafedrada müəllim vəzifələrində çalışıb.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədridir.
Dövlət Qulluğunun müşaviri ixtisas dərəcəsini və «Xalq təsərrüfatının iqtisadiyyatı və idarə olunması üzrə namizədlik dissertasiyasını müdafiə edərək İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2017-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir