Dovletxeberleri.Az
» » Qənirə Paşayeva özbəklərə Qarabağdan danışdı

7-07-2018, 13:24Qənirə Paşayeva özbəklərə Qarabağdan danışdı

Qənirə Paşayeva özbəklərə Qarabağdan danışdı
Millət vəkili Q.Paşayeva Özbəkistanın tanınmış jurnalistləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb və çağırış edib.



Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ölkəmizdə səfərdə olan Özbəkistandan olan tanınmış KİV nümayəndələri millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu İB-nin sədri Q. Paşayeva ilə görüşüblər.



Qardaş ölkənin mətbuat və media rəhbərlərini və təmsilçilərini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Q.Paşayeva Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu bu təşəbbüsünə görə təbrik edib və öz təşəkkürünü bildirib. Qardaş Özbəkistandan tanınmış jurnalistləri ölkəmizdə görməkdən məmnunluq duyduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır: “Siz düşünməyin ki, hansısa başqa bir ölkəyə gəlmisiniz.



Siz qardaş ölkəyə gəlmisiniz. Özbəkistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri çox zəruridir. Bu istiqamətdə gözəl layihələr həyata keçiriən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edirəm. Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var və bu istiqamətdə jurnalistlərin üzərinə böyük missiya düşür. Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır".



Azərbaycan, onun tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkilstan əlaqələrinin qədim tarixi, 100 illiyini qeyd etdiyimiz və bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin iqtisadi və turizm potensialı, qadınlarımızın cəmiyyətin həyatında rolunun daha da genişlənməsi, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva bildirib ki, Qarabağ həqiqətlərinin daha geniş yayılmasında qardaş Özbəkistanın KİV-nin dəstəyinə ehtiyac var və hər zaman Azərbaycanla bağlı yazılar yazdıqlarına,televiziya proqramları hazırladqlarına görə onlara təşəkür edib və onların daha da çoxalacağına inandığını deyib.



Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov bu istiqamətdə həyata keçirilən layihələr barədə danışıb və onların gələcəyə doğru daha da artacağını bildirib və bunun böyük önəmi ilə bağlı məsələləri xüsusi vurğulayıb. Azərbaycanın bir çox bölgələrinə də getdiklərini deyən qardaş Özbəkistanın tanınmış KİV rəhbər və təmsilçiləri Azərbaycana, onun tarixinə, böyük mədəniyyətinə, təbiət gözəlliklərinə,mehriban insanlarına heyran qaldıq və burada özümüzü öz evimizdəki kimi hiss etdik deyiblər. Onlar bildiriblər ki, Qarabağ həqiqətlərinin daha da geniş yayılmasında bundan sonra səyləri daha da gücləndirəcəklər və bu istiqamətdə millət vəkili Q.Paşayeva ilə geniş fikir mübadiləsi aparıblar. Millət vəkili Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb, konkret tədbirlər və layihələr ətrafında geniş müzakirələr aparılıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI