Dovletxeberleri.Az
» » Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

22-06-2018, 17:24Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyunun 22-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər.

M.Kərimli vurğulayıb ki, əhalinin məşğulluğunun təminatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və dövlət məşğulluq orqanları tərəfindən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Nazir müavini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin 5 ayında da dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib.

Özünüməşğulluq proqramı çərçivəsində məcburi köçkünlərin məşğulluğuna dəstək verildiyini qeyd edən M.Kərimli diqqətə çatdırıb ki, ötən il həmin proqram vasitəsilə 206 məcburi köçkün ailəsi kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə də 1100-ə yaxın məcburi köçkün ailəsinin özünüməşğulluq proqramında iştirakı proqnozlaşdırılır, artıq onlardan bir hissəsi bunun üçün kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub.

Nazir müavini təşkil olunan bu əmək yarmarkasının Müşfiqabad qəsəbəsində yaşayan məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəldiyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini F.Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, həmin insanların məşğulluğunun təmin edilməsi üçün Komitə tərəfindən aidiyyəti tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən bu əmək yarmarkasının əhəmiyyətini qeyd edib, gələcəkdə də belə tədbirlərin təşkili üçün müvafiq işlərin aparılacağını diqqətə çatdırıb.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata alınıblar.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib"Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir" - Məmmədyarovİlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİAzərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblərAzərbaycanda satılan əksər qidaların geni modifikasiya olunub: Bu məhsullar insanın DNK-sını dəyişir + ŞOK RƏYLƏRİlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda iştirak edib"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilərİlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıbRezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildiƏflatun Amaşovun Vikipediya səhifəsi yaradıldıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdüRusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqındaAllahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildiAllahşükür Paşazadə Gəncəyə getdiDövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHIEldar Əzizov kollektivə təqdim olunduİtaliya prezidenti Azərbaycana gəlirPutindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilərSəbaildə icra başçısını xanım müavin əvəz edirErmənistan atəşkəsi 103 dəfə pozduBu gün AvroLiqada 3 oyun keçiriləcək“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldıManatın bugünkü MƏZƏNNƏSİMehriban Əliyevadan şad xəbər-Bax bu əla olduAzərbaycan nefti ucuzlaşıbBMT Rusiya və ABŞ liderlərinin görüşünü alqışladıMüasir tarixin ən zəngin adamıMüasir tarixin ən zəngin adamıErmənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralıAzərbaycanda yeni Dövlət Agentliyi yaradıldıBakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMADeputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”Prezident qəzetlərə maliyyə yardımı ayırdıEldar Əzizov yeni vəzifəyə gətirildi - Bakı Meriyası ona tapşırıldı - DOSYEAğcabədi "MERO" - sunda Babək Mərdanovun "prava" bazarlığı“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparırErmənistan atəşkəsi 96 dəfə pozduTrampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaqCüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarManat və dolların bugünkü MƏZƏNNƏSİGüclü yağış qərb bölgəsində fəsadlar yaradıbƏrdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdiSumqayıt tərəqqi və inkişaf nümunəsidirTürkiyədə 15 iyul qiyamının 2-ci ili tamam olduAzərbaycan banklarında əmanətlərin həcmi artıbBu avtobusların hərəkət istiqaməti dəyişdirildiRiyad Ticarət Mərkəzində YANĞINAzərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi