Dovletxeberleri.Az
» » “Pambıq tarlasında zəhərlənmə işi” ilə bağlı həbslər başlandı - Kimlər haqda qərar verildi?

21-06-2018, 22:26“Pambıq tarlasında zəhərlənmə işi” ilə bağlı həbslər başlandı - Kimlər haqda qərar verildi?

“Pambıq tarlasında zəhərlənmə işi” ilə bağlı həbslər başlandı - Kimlər haqda qərar verildi?
İyunun 21-də Nəsimi Rayon Məhkəməsində "Pambıq tarlalarında zəhərlənmə işi” ilə bağlı saxlananlardan bəzilərinin haqqında həbs qərarı verildiyi bildirilir.

Dovletxeberleri.az bildirir ki, bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Onlardan birinin də Saatlı Rayon Pambıq Zavodunun aqronomu Gülməmməd Qoçiyev olduğu deyilir.

Bu barədə radioya məhkəmənin qarşısında onun bacısı oğlu Vasif Nəsirov məlumat verib: "Bizə çatan məlumata görə, məhkəmə düzgün keçməyib. Dayım haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib”.

Vasif Nəsirov deyib ki, dayısını günahkar saymır: "Biz dayımızda heç bir günah görmürük. Günahı dərmanı verənlərdə görürük.Əsas yuxarıdan başlamalı idilər. Bu günahsız adamdır. Mən belə deyərdim. Tək bu deyil, 4-5 nəfərdir. Bəziləri də İmişli rayonundandır”.

Vasif Nəsirov deyib ki, dayısı Gülməmməd Qoçiyevin işi ilə bağlı sabah, iyunun 22-də vəkili apellyasiya şikayəti vermək niyyətindədir.

Bu açıqlamaya, hələlik, Nəsimi Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Bununla yanaşı "MKT İK” məhdud məsuliyyətli cəmiyyətin (MMC) İmişli və Saatlı rayonundan olan bir neçə nümayəndəsinin izahat vermələrindən ötrü Baş Prokurorluğa çağrıldığı deyilir. Verilən məlumatlara görə, bunun ardınca onların barələrində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəmələrə təqdimat göndərilib.

Bu barədə Azadlıq Radiosuna adıçəkilən rayonlardan olan yerli sakinlər məlumat verib.

"MKT İK” MMC-nin İmişli rayonundakı İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyevin və həmin müəssisədə aqronom işləyən Surxay Məmmədovun da iyunun 19-da saxlanıldığı deyilir. Şahidlər bildirir ki, hadisə yerini müayinə etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları özləri ilə aparıblar.

Quliyevin oğlu İman Quliyev bu deyilənləri təsdiqləyib: "Bizə də belə deyilib. Bir azdan mən Nəsimi Rayon Məhkəməsinə gedəcəm. İşə orada baxılacaq.”

Zəhərlənmə hadisəsinə görə saxlanılanların olub-olmadığına Baş Prokurorluqdan isə münasibət öyrənmək mümkün olmayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, rəsmi məlumat olanda yayacağıq.

Son 2 həftədə Azərbaycandakı pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alndığı bildirilir. İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb. Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi – ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib"Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir" - Məmmədyarovİlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİAzərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblərAzərbaycanda satılan əksər qidaların geni modifikasiya olunub: Bu məhsullar insanın DNK-sını dəyişir + ŞOK RƏYLƏRİlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda iştirak edib"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilərİlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıbRezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildiƏflatun Amaşovun Vikipediya səhifəsi yaradıldıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdüRusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqındaAllahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildiAllahşükür Paşazadə Gəncəyə getdiDövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHIEldar Əzizov kollektivə təqdim olunduİtaliya prezidenti Azərbaycana gəlirPutindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilərSəbaildə icra başçısını xanım müavin əvəz edirErmənistan atəşkəsi 103 dəfə pozduBu gün AvroLiqada 3 oyun keçiriləcək“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldıManatın bugünkü MƏZƏNNƏSİMehriban Əliyevadan şad xəbər-Bax bu əla olduAzərbaycan nefti ucuzlaşıbBMT Rusiya və ABŞ liderlərinin görüşünü alqışladıMüasir tarixin ən zəngin adamıMüasir tarixin ən zəngin adamıErmənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralıAzərbaycanda yeni Dövlət Agentliyi yaradıldıBakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMADeputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”Prezident qəzetlərə maliyyə yardımı ayırdıEldar Əzizov yeni vəzifəyə gətirildi - Bakı Meriyası ona tapşırıldı - DOSYEAğcabədi "MERO" - sunda Babək Mərdanovun "prava" bazarlığı“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparırErmənistan atəşkəsi 96 dəfə pozduTrampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaqCüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarManat və dolların bugünkü MƏZƏNNƏSİGüclü yağış qərb bölgəsində fəsadlar yaradıbƏrdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdiSumqayıt tərəqqi və inkişaf nümunəsidirTürkiyədə 15 iyul qiyamının 2-ci ili tamam olduAzərbaycan banklarında əmanətlərin həcmi artıbBu avtobusların hərəkət istiqaməti dəyişdirildiRiyad Ticarət Mərkəzində YANĞINAzərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi