Dovletxeberleri.Az
» » Prezident kütləvi zəhərlənmə olayını nəzarətə GÖTÜRDÜ

11-06-2018, 16:58Prezident kütləvi zəhərlənmə olayını nəzarətə GÖTÜRDÜ

Prezident kütləvi zəhərlənmə olayını nəzarətə GÖTÜRDÜ
Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.



Baş Prokurorluqdan verilən məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.



Bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.



Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.


Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib.

Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.



Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib"Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilməlidir" - Məmmədyarovİlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"Azərbaycanda monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİAzərbaycan və İtaliya prezidentləri Sumqayıtda zavod açılışında iştirak ediblərAzərbaycanda satılan əksər qidaların geni modifikasiya olunub: Bu məhsullar insanın DNK-sını dəyişir + ŞOK RƏYLƏRİlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışda iştirak edib"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mənzil-qərargahı Bakıya köçürülə bilərİlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıbRezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildiƏflatun Amaşovun Vikipediya səhifəsi yaradıldıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.Rövşən Rzayev qəzalı binalarda yaşayan köçkünlərlə görüşdüRusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqındaAllahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildiAllahşükür Paşazadə Gəncəyə getdiDövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHIEldar Əzizov kollektivə təqdim olunduİtaliya prezidenti Azərbaycana gəlirPutindən NATO mesajı: Moskva mənfi reaksiya verə bilərSəbaildə icra başçısını xanım müavin əvəz edirErmənistan atəşkəsi 103 dəfə pozduBu gün AvroLiqada 3 oyun keçiriləcək“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldıManatın bugünkü MƏZƏNNƏSİMehriban Əliyevadan şad xəbər-Bax bu əla olduAzərbaycan nefti ucuzlaşıbBMT Rusiya və ABŞ liderlərinin görüşünü alqışladıMüasir tarixin ən zəngin adamıMüasir tarixin ən zəngin adamıErmənistanda Ədliyyə Nazirliyinin binası uçdu: 1 ölü. 2 yaralıAzərbaycanda yeni Dövlət Agentliyi yaradıldıBakı Metropolitenindən paytaxtdakı çökmə ilə bağlı AÇIQLAMADeputat: “Dövlətimizə arxadan zərbə vurmaq istəyənlərin niyyəti puç oldu”Prezident qəzetlərə maliyyə yardımı ayırdıEldar Əzizov yeni vəzifəyə gətirildi - Bakı Meriyası ona tapşırıldı - DOSYEAğcabədi "MERO" - sunda Babək Mərdanovun "prava" bazarlığı“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparırErmənistan atəşkəsi 96 dəfə pozduTrampla Putinin görüşünə az qaldı - Bəyanat olmayacaqCüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarManat və dolların bugünkü MƏZƏNNƏSİGüclü yağış qərb bölgəsində fəsadlar yaradıbƏrdoğanda çevrilişə cəhdin 2-ci ildönümündə dünyaya MESAJ verdiSumqayıt tərəqqi və inkişaf nümunəsidirTürkiyədə 15 iyul qiyamının 2-ci ili tamam olduAzərbaycan banklarında əmanətlərin həcmi artıbBu avtobusların hərəkət istiqaməti dəyişdirildiRiyad Ticarət Mərkəzində YANĞINAzərbaycanlı siyasətçi Putinin yanında vəzifəyə gətirildi