Dovletxeberleri.Az
» » “Şəhadət” sənədli filmi şəhid İslam Quluyev adına Laçın rayonunun Fingə kənd tam orta məktəbində nümayiş olundu

17-05-2018, 18:23“Şəhadət” sənədli filmi şəhid İslam Quluyev adına Laçın rayonunun Fingə kənd tam orta məktəbində nümayiş olundu

“Şəhadət” sənədli filmi şəhid İslam Quluyev adına Laçın rayonunun Fingə kənd tam orta məktəbində nümayiş olundu

Dovletxeberleri.az
17 may 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Fingə obasında fəaliyyət göstərən Laçın rayon İslam Quluyev adına Fingə kənd tam orta məktəbində pedaqoji kollektivin və yuxarı sinif şagirdlərinin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş İslam dini adından başqa məqsədlər üçün istifadə edərək xüsusən gəncləri öz ətrafına toplayan radikal dini cərəyanların qurbanları və ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan oğullarının həyatından, eləcə də ölümə gedən yollarından bəhs edən “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə “Şəhadət” sənədli filmi haqqında məlumat verərək bildirmişdir ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd etmişdir ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” filmi böyük əhəmiyyətə malikdir. Yeniyetmə-gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" filmində Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim olunur.

Çıxışda eyni zamanda din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələr pislənilmiş, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğu iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, ölkəmizdə vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır.

Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirildi. Filmin nümayişindən sonra iştirakçılar ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək, filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasını və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılmasını vacib hesab edərək onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildirmişlər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə də iştirak etmişdir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdi