Dovletxeberleri.Az
» » 11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı

16-04-2018, 14:5111 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı

11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdıBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi analitik verilişdə 11 apreldə keçirilən Azrbaycandakı prezident seçkilərinin mühüm məqamları müzakirə edilib. AzTv -nin "Bizim Planet "verilişinin bu dəfəki qonaqları millət vəkili, professor Hikmət Məmmədov və millət vəkili, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə olub.

Politoloq Rufiz Qonaqov bildirib ki, Azərbaycan xalqı növbəti dəfə sabitliyə, inkişafa və demokratiyaya səs verdi. “Beləliklə də, Azərbyacanın hazırkı prezidenti İlham Əliyev xalqın böyük dəstəyi ilə prezident seçildi. Bu münasibətlə ilk andan etibarən prezident İlham Əliyevə çoxsaylı təbriklər ünvanlandı. Hazırda da güclü ölkələrin prezidentləri və hökumət nümayəndləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri tərəfindən İlham Əliyev növbəti qələbəsi münasibəti ilə təbrik edilir”- deyə politoloq qeyd edib. Rufiz Qonaqov seçkilərin nəticələri ilə bağlı konkret rəqəmlər və faktlarla çıxış edərək vurğulayıb: “Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq çox böyük uğurlara imza atıb ki, bundan sonra da ölkəmizi bu inkişaf və uğurlar gözləyir.

Bildirilib ki, 1000-ə yaxın beynəlxalq və 60 min yerli müşahidəçinin iştirak etdiyi prezident seçkilərində çoxsaylı “Exit-poll” da var idi. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhətlər və Yardım Mərkəzinin Fransanın “Opinion Way” təşkilatı eləcə də, ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə açıqladıqları nəticələr seçkinin düzgün və dəqiqliyini sübut edib. Nəhayət, Mərkəzi Seçki Komissiyasının hesabatında bildiridi ki, YAP namizədi İlham Əliyev 86,03 faiz səslə liderdir.

Verilişdə müzakirələr zamanı çıxış edən millət vəkili Hikmət Məmmədov bildirib ki, 11 aprel prezident seçkiləri ən yeni siyasi tariximizin çox mühüm hadisəsidir. Deputat seçkinin nəticələrini Azərbaycan xalqının zəfəri kimi dəyərləndirərək deyib: “Azərbaycan prezidenti təkcə seçki prosesində ona rəqib olan namizədlərə qalib gəlmədi. Azərbyacan prezidenti və xalqı müasir mürəkkəb tarixi mərhələdə Azərbaycan dövlətini sarsıtmaq istəyənlərə, onu lidersizləşdirmək istəyənlərə, onu dövlətsizləşdirmək istəyənlərə qalib gəldi”. Profssor Hikmət Məmmədov vurğulayıb ki, bu qələbə mühüm tarixi siyasi prosesdir.

“Bizim Planet”də o da qeyd olunub ki, prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciət edərək minnətdarlığını bildirib.

Verilişdə müzakirə olunan əsas məsələlərdən biri də ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli seçki hesabatı idi. Vurğulanıb ki, prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətindən fərqli olaraq, ATƏT-in qısa müddətli müşahidə missiyası heç bir fakta əsaslanmayan qərəzli bəyanat və açıqlamalarla çıxış edərək anti-Azərbaycan mövqelərini sərgiləyiblər. Siyasi şərhçilər bildiriblər ki, ATƏT PA, AŞPA, DTİHB kimi təşkilatların nümayəndələrinin demokratik və şəffaf şəkildə keçirilmiş seçkilərlə bağlı belə qərəzli münasibəti böyük təəssüf doğurur.

Məsələyə münasibət bildirən millət vəkili Çingiz Qənizadə deyib: “İkili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir.” Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir.

Bildirilib ki, ATƏT DTİHB-nin missiyasının köməkçisi Vüqar Əhmədovun məsələ ilə bağlı keçirtdiyi mətbuat konfransı da sözü gedən qrumların qərəzli yanaşmasını sübut edən faktlardandır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sözü gedən müşahidə missiyalarının hesabatına dair bəyanat qəbul edib. Mərkəzi Seçki Komissiyası adı çəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur. Siyasi şərhçilər MSK-nın hüquq və faktlara əsaslana bəyanatının dəqiqliyini vurğulayıblar. Bildirilib ki, biz istənilən platformada, istənilən hadisə ilə bağlı öz hüquqlarımızı qorumağı bacarmalıyıq. Bu baxımdan MSK da bu müstəvidə çıxış edərək öz tələblərini irəli sürüb.

Müzakirələrin nəticəsində qeyd edilib ki, Azərbaycan müstəqillik tarixində daim bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. ATƏT-in

BMAM mətbuat katibi Aysel Abbasova11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı11 aprel seçkilərinin mühüm məqamlarından danışlıdı
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək