Dovletxeberleri.Az
» » Azərbaycan Fransaya nota verdi

5-04-2018, 08:07Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi
Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazını bildirib.


XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bildirdiyinə görə, təəssüf ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib: "Bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır.


Fransanın yerli özünüidarəetmə orqanları üzrə Ümumi məcəllənin LL1115-1 və L1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə ünvanlandığı 02 iyul 2015-ci il tarixli təmimi məktubda yerli özünüidarətmə orqanlarının bütün beynəlxalq əlaqələrinin Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olmalı olduğu və yerli idarəetmə orqanlarının Fransa hökuməti tərəfindən tanınmamış hər hansı qurumla heç bir saziş imzalamaq səlahiyyətində olmadığı bildirilir.

Amma Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik. Bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir.


BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırırıq".


H. hacıyev bildirib ki, Azərbaycanın Fransadakı səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim ediləcək.

Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Məktəb seminarları” başa çatıbƏli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaqMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıMilli Məclis 21 məsələyə görə iclas çağırdı - SİYAHINovruz Məmmədov bu universitetə prorektor GƏTİRİLİR - EKSKLÜZİVQarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedibVüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdi