Dovletxeberleri.Az
» » Məleykə Abbaszadə imtahanlar məsələsini Direktorlar Şurasının iclasına çıxardı

5-03-2018, 17:56Məleykə Abbaszadə imtahanlar məsələsini Direktorlar Şurasının iclasına çıxardı

Məleykə Abbaszadə imtahanlar məsələsini Direktorlar Şurasının iclasına çıxardı
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının növbəti iclası keçirilib.

Dovletxeberleri.az-ın məlumatına görə, iclasda magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) 2019-cu ildə keçiriləcək illik konfransının Azərbaycanda təşkil olunması, son iki ay ərzində dövlət qulluğu sahəsində görülmüş işlər, “Dövlət qulluğu haqqında Qanun"da dəyişikliklər edilməsinə dair DİM-in təklifləri, Mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib.


Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı sədr Məleykə Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib.


İclasda müsabiqə şərtləri də müzakirə edilib və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub .

Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməyib. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.


M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının 1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdıraraq Şura üzvlərini öz istəklərinə uyğun hər hansı tədbirdə iştirak etməyə ( müşahidə etməyə) dəvət edib.


Dövlət qulluğu ilə əlaqədar görülmüş işlərə dair qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.

11 yanvar 2018-ci il tarixdə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib.


M.Abbaszadə xüsusi olaraq vurğulayıb ki, müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq.


Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişikliklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib.


DİM-in maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sədr bildirib ki, Mərkəzin büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmaq məqsədilə audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılıb, müvafiq prosedurlar həyata keçirilmiş, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olub, nəticədə “Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlib.

İclasda, həmçinin Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransının 2019‑cu ilin 23-27 sentyabr tarixlərində Azərbaycanda təşkil olunması ilə bağlı Şura üzvlərinə məlumat verilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi