Dovletxeberleri.Az
» » “Ağ Yol”un mühüm müzakirəsi

2-03-2018, 10:13“Ağ Yol”un mühüm müzakirəsi

“Ağ Yol”un mühüm müzakirəsi“Ağ Yol” Vətəndaş Hərəkatı facebookda özünün “Ağ Yol” səhifəsi və eyni adlı qrupunda yenə də həftənin ən çox diqqət çəkən müzakirələri ilə çıxış edib. Bildiyimiz kimi bu həftə əsasən Xocalı soyqırımı ilə bağlı ölkə daxilində və xaricində mühüm tədbirlər keçirilib.
İctimayyətin xüsusi diqqətinə səbəb olan digər mühüm tədbir isə Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayı idi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı mövzular ətrafında aparılan müzakirələr zamanı bir sıra vacib məsələlərə toxunulub.
Qurultayda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı: “Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir” deyə vurğulayıb. Əli Həsənov Azərbaycanın qısa müddət ərzində işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə qadir olduğunu bəyan edib. “Ordumuzun artan gücü və cəmiyyətdəki vətənpərvərlik hissi imkan verir ki, düşmənə sarsıdıcı zərbə vuraraq əzəli torpaqlarımıza qovuşaq.”- deyə prezidentin köməkçisi qeyd edib.
Prezident Administrasiyası rəsmisinin bu açıqlamasını sosial mediyada gündəmə gətirən “Ağ Yol” Vətəndaş Hərəkatı yenə də facebookda çox saylı aktivləri bir araya toplayıb. Özünün “Ağ Yol” səhifəsi və eyni adlı qrupun post paylaşımında Əli Həsənovun açıqlamasındakı vacib məqamlar qeyd olunub.
Facebookda beş yüz mindən artıq üzvü olan “Ağ Yol” səhifəsinin status ilə bağlı bildirilən rəylərdə vətəndaşların birlik və millilik mövqeyi özünü göstərib. Prezidentin köməkçisinin çıxışını alqışlayan sosial şəbəkə istifadəçiləri dövlətin təhlükəsizlik istqamətində apardığı mühüm islahatlara nəzər yetiriblər.
Müzakirələrdə əsasən dövlət tərəfindən ordunun gücləndirilməsinə göstərilən diqqət, Azərbaycan vətəndaşının tam sabitlik və rifah halında yaşamasına verilən dəyər, eyni zamanda 1 milyon qaçqınımızın öz doğma yurdlarına qaytarılması üçün bütün gücün səfərbər edilməsi vurğulanıb.
“Ağ Yol” səhifəsi və qruplarında paralel aparılan fikir mübadiləsində bildirilib ki,
bu gün dövlətimizin işğal olunmuş torpaqlarının geri qaytarması məsələsi ilə bağlı siyasət tam düzgün istiqamətdə aparılır. Vurğulanıb ki, əgər bu siyasətə mane olan olmasa ordumuzun müdafiə və hazırlıq imkanları Dağlıq Qarabağ və ətraf rayonların bir neçə gündə geri qaytarılmasını mümkün edəcək.
Şərhlərdə o da xüsusi vurğulanıb ki, Azərbaycan öz torpağının müdafiəsinə qalxır. Düşünülmüş siyasətə, qüdrətli orduya sahib olan bir dövlətdə ata-baba yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bir gün öz evlərinə qayıdacaqlarına əminlik ifadə olunub.



“Ağ Yol” İnformasiya Agentliyinin Mətbuat Katibi Aysel Abbasova
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi