Dovletxeberleri.Az
» » Qarabağ cəbhəsində bütün istiqamətlərdə hərbi əməliyyatlar başlaya bilər - Xəbərdarlıq

18-02-2018, 07:21Qarabağ cəbhəsində bütün istiqamətlərdə hərbi əməliyyatlar başlaya bilər - Xəbərdarlıq

Qarabağ cəbhəsində bütün istiqamətlərdə hərbi əməliyyatlar başlaya bilər - Xəbərdarlıq
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar nəticə vermir. Amma böyük dövlətlər, beynəlxalq təşkilatlar, eləcə də münaqişə tərəfləri danışıqların nəticə vermədiyini bəyan edərək, fərqli müstəviyə keçid barədə düşünmürlər.

İki il öncə aprel ayında baş verən lokal hərbi əməliyyatlardan sonra əldə edilən razılaşmaya əsasən, Qarabağ cəbhəsində sakitlikdir. Amma deyəsən, bu il sükut yenidən pozula bilər. Maraqlısı odur ki, bu iddianı Amerika kəşfiyyatı irəli sürüb. Bu günlərdə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı Qarabağda gərginliyin alovlanacağını bəyan edib. D. Kouts deyib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.

Diqqətçəkən məqamlardan biri də odur ki, ABŞ kəşfiyyatının belə xəbərdarlığı Ermənistan cəmiyyəti və ekspert çevrələrində narahatlıq yaradıb. Erməni cəmiyyəti ABŞ-ın strateji xəttini müəyyənləşdirən idarənin proqnozuna xüsusi həssaslıqla yanaşır və həyəcan siqnalı çalır. Ermənistanın nüfuzlu 1in.am nəşri bu xüsusa diqqət çəkərək yazıb ki, Yerevan diplomatik cəbhədə hərəkət etməyə, siyasi diversifikasiyanı, iqtisadi effektivliyi təmin etməyə, korrupsiya ilə aktiv mübarizə aparmağa məcburdur. Ermənistanın narahatlığı başadüşüləndir, əgər cəbhədə "ikinci aprel müharibəsi” yaşanarsa, bundan çox əziyyət çəkəcək. 2016-cı ilin aprelində cəbhədə Azərbaycanın uğur qazanmasından sonra özünə gəlməyən Ermənistanın ABŞ kəşfiyyatının bu xəbərdarlığı qarşısında immuniteti yox dərəcəsindədir.

Mia.az xəbər verir ki, politoloq Qabil Hüseynli fikirlərini "Reytinq”lə bölüşərkən deyib ki, ABŞ kəşfiyyatı çox dəqiq işləyən və vaxtında informasiya əldə edə bilən təşkilatdır. Bu səbəbdən də o qurumun hazırladığı hesabatı təkzib etmək üçün əsas yoxdur.
qabil_huseynli19.03.2009.jpg (350×260)
Azərbaycan ermənilərin şıltaqlığına dözməyəcək

Q. Hüseynlinin sözlərinə görə, Ermənistan tərəfi problemin həllində yenə də sərt mövqe tutmaqda davam edir və hər hansı bir formada gərginliyin dərinləşəcəyi qaçılmazdır:
"Ermənistanın bu mövqeyi Azərbaycan tərəfini ciddi şəkildə hiddətləndirir. YAP-ın qurultayında cənab Prezident İlham Əliyevin Zəngəzur, Göyçə, İrəvan məsələlərinə müraciət etməsi o dərəcədə də uzaq olmayan tarixi hadisələrin yenidən gündəmə gətirilməsidir. Bu bir fatdır ki, ermənilərin Qərbi Azərbayacana gəlməsi, oranı ilhaq etməsi, onun ardınca Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi beynəlxalq hüquq normalarını çox ciddi şəkildə pozmaq deməkdir, həm də Azərbaycanın milli ləyaqətini təhqir etməkdir. Azərbaycan prezidentinin son çıxışında qeyd etdiyim məsələləri milli hədəf kimi göstərməsi subut edir ki, ölkədəki proseslərə ciddi stimul vermək istəyən bir siyasi iradə mövcuddur. Bu siyasi iradə nə erməni işğalı ilə barışacaq, nə də ermənilərin bu bölgədə at oynatmasına imkan verəcək. Biz bu mövqeyi ortaya qoymaqla böyük güclərə çatdırırıq ki, siz bu məsləyə ikili standartla yanaşırsız.
Bu gün Azərbaycanın ilkin hədəfi ölkənin ərazi bütövlüyünü təmin etmək və Qarabağ problemində Azərbaycanın mövqeyini ortaya qoymaqdır. Amma son dövrlər bəzi proseslər göstərir ki, dünya ictimaiyyəti real vəziyyəti qavramağa və Azərbaycanın haqlı mövqeyinə hörmət etməyə başlamaqdadır. Zənnimcə, bu səbəbdən Azərbaycan ermənilərin məsələyə etinasız yanaşmasına və danışıqlar prosesindəki şıltaqlıqlarına dözüm nümayiş etdirməyəcək. Danışırlar prosesi yoxdursa, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlində olan bütün imkanlardan istifadə edəcək. Bu mənada ABŞ kəşfiyyatının hesabatı həqiqətə yaxın xarakter daşıyır”.

"Qərbdən ciddi təpkilər gözləmirəm”

Politoloq vurğulayıb ki, Qarabağ cəbhəsində başlayacaq hərbi əməliyyatlar daha geniş miqyaslı ola bilər.
"Güman edirəm ki, bu dəfə hərbi əməliyyatlar bütün cəbhə boyunu əhatə edəcək. Burada söhbət Dağlıq Qarabağın - Xankəndi də daxil olmaqla, işğaldan azad edilməsi və Qarabağ adlanan ərazinin Azərbaycanın nəzarətinə keçməsi ilə bitən hərbi əməliyyatlardan gedir. Hesab edirəm ki, bu, bizim haqqımızdır və buna görə bizə hər hansı bir reaksiya olmamalıdır. Qərbdən ciddi təpkilərin olacağını gözləmirəm. Çünki Qərbi maraqlandıran Bakı-Ceyhanın təhlükəsizliyidir. Amma Rusiya amilini ciddiyə almaq lazımdır. Görünür, bu istiqamətdə də Azərbaycan diplomatiyası, Azərbaycanın siyasi rəhbərliyi müəyyən işlər aparıb. Bu səbəbdən də ortaya inamlı siyasi mövqe qoyulub”, - deyə Qabil Hüseynli fikrini tamamlayıb.
Qarabağ cəbhəsində bütün istiqamətlərdə hərbi əməliyyatlar başlaya bilər - Xəbərdarlıq

...Rusiya üçün təhdidə çevrilə bilər

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə bir qədər fərqli mövqedədir. O, "Reytinq”in əməkdaşına deyib ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatı 2018-ci ildə Qarabağda cərəyan edəcək situasiyadan daha çox ABŞ-ın görmək istədiyi vəziyyəti, yaxud onun uzaq hədəflərə yönələn niyyətini ifadə edir:
"Hesabatda göstərilən arqumentlərin heç biri Qarabağda irimiqyaslı müharibənin başlaması üçün əsas verə bilməz. Əvvəla ona görə ki, hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistan atəşkəs elan ediləndən indiyədək fasiləsiz olaraq hərbi gücünü artırmağa, silahlanmaya xeyli vəsait xərcləyir. Müharibənin başlaması üçün isə indiki beynəlxalq münasibətlər sistemində silahların olması yetərli deyil. Bunun üçün həm də güclü və etibarlı siyasi tərəfdaşlar lazımdır. Cənubi Qafqaz regionuna isə indi daha çox Rusiya təsir göstərə bilir. Rusiya isə iki müttəfiq dövlətin bir-biri ilə müharibə aparmasına razı ola bilməz. Çünki sərhədləri ətrafında hər hansı gərginlik gələcəkdə Rusiya üçün təhdidə çevrilə bilər”.

ABŞ Qafqazdan əl çəkmək istəmir
Qarabağ cəbhəsində bütün istiqamətlərdə hərbi əməliyyatlar başlaya bilər - Xəbərdarlıq

Müsahibimiz hesab edir ki, ABŞ kəşfiyyatının bu mesajının arxasında Qafqaz regionu uğrunda gedən geosiyasi savaşda Birləşmiş Ştatların kənara çəkilməyəcəyi iddiası var: "Bu açıqlama ilk növbədə Rusiya və Türkiyəyə, daha sonra isə Azərbaycan və Ermənistana ünvanlanmış xəbərdarlıqdır. Rusiyanın bölgədə nüfuzunun artması son vaxtlar ABŞ-ı narahat etməyə başlayıb. Ona görə də ABŞ belə bir açıqlama ilə Rusiyaya xatırladır ki, o asanlıqla bu regiondan əl çəkməyəcək.
ABŞ Kəşfiyyatının hesabatının əksinə olaraq, mən, Azərbaycanla Ermənistan arasında hər hansı müharibənin başlayacağına inanmıram. Baxmayaraq ki, torpaqlarımızın azad edilməsi üçün indiki halda müharibəni yeganə çıxış yolu kimi görürəm”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb