Dovletxeberleri.Az
» » Ramil Usubov Qaxarianı qəbul edib - Görüş + FOTO

15-02-2018, 16:58Ramil Usubov Qaxarianı qəbul edib - Görüş + FOTO

Ramil Usubov Qaxarianı qəbul edib - Görüş + FOTO
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ölkəmizə ikigünlük işgüzar səfərə gəlib.

Dovletxeberleri.az DİN-ə istinadən xəbər verir ki, bu gün Daxili işlər naziri Ramil Usubov gürcü həmkarı G.Qaxarianı qəbul edib.

Səmimilik və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verdiyini bildiriblər. Təmsil etdikləri ölkələrdə cinayətkarlıqla mübarizənin vəziyyəti və kriminogen durum barədə məlumat verən nazirlər onu da məmnunluqla vurğulayıblar ki, ictimai asayişin qorunmasının yüksək səviyyədə təşkili, daxili sabitlik və təhlükəsizliyin təmin olunması, bütün sahələrdə olduğu kimi, eyni zamanda hər iki respublikada turizmin inkişafına da öz müsbət təsirini göstərir.

Nazirlər ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin "Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında” Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından, bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsindən, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsindən məmnunluqlarını bildiriblər.

Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.

Səmimi qəbula və əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova minnətdarlığını bildirən Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ikitərfli əlaqələrin inkişafına böyük önəm verdiklərini, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib